İki nəfəri avtomobil vurub öldürüb
29 Avqust 2022 12:09 HadisəAvqustun 27-də Azərbaycanda 2 piyada ölümü qeydə alınıb. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, saat 10 radələrində paytaxtın Nərimanov rayonunun Ə.Ağaoğlu küçəsində Beyləqan rayon sakini E.Abbasov idarə etdiyi "Shacman" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Zahir Süleymanovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Digər hadisə isə günün ikinci yarısında baş verib. Belə ki, saat 15 radələrində Şabran rayonunun Ağalıq kəndi ərazisində Abşeron rayon sakini İ.Skokov idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən kənd sakini Hacıbala Ağayevi vurub. Nəticədə piyada hadisə yerində ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31