Ağcabədi sakinini “tok” vurub öldürdü

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ağcabədi rayonunda şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib. Baş Prokurorluğun mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, avqustun 22-də rayonun Xocavənd kəndi ərazisində 1965-ci il təvəllüdlü Qırımxan Qasımovun elektrik cərəyanı vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31