Şəkidəki yanğınla bağlı son durum açıqlandı
23 Avqust 2022 10:53 HadisəŞəki rayonunun Kiş kəndi yaxınlığında dağlıq ərazidə baş verən yanğınla bağlı son durum açıqlanıb.
Olaylar.az-ın Fövqəladə Hallar Nazirliyindən (FHN) əldə etdiyi məlumata görə, yanğın nəzarətə götürülüb:
"Hazırda yanğının söndürülməsi əməliyyatları davam edir".
Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğınla mübarizə tədbirlərinə FHN-in Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31