Binadan yıxılaraq ölən ana və övladının FOTOsu
28 İyul 2022 10:44 HadisəXəbər verdiyimiz kimi, ötən gün Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən "Kristal Abşeron" yaşayış massivində ana və azyaşlı övladı 5-ci mərtəbədən yıxılaraq ölüb.
Olaylar.az xəbər verir ki, sosial şəbəkələrdə vəfat edən ana və uşağının fotosu yayılıb.
Məlumata görə, ailə İsmayıllı rayonundandır. Bir neçə gün əvvəl həmin evə kirayə köçüblərmiş. 3 yaşlı uşaq yuxudan oyanaraq pəncərəyə çıxıb və tora söykənib. Bundan sonra tor çıxdığı üçün uşaq yerə yıxılıb. Ana onu tutmaq üçün özünü atsa da, hər ikisi dünyasını dəyişib.
Qeyd edək ki, faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31