Azərbaycanda dəhşət: Pəncərədən yıxılan övladının arxasınca özünü binadan atdı

Abşeronda ana və uşaq bədbəxt hadisə nəticəsində həlak olublar.

Olaylar.az xəbər verir ki, hadisə Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binalarından birində baş verib.

Belə ki, binanın beşinci mərtəbəsində yaşayan uşaq pəncərədən düşüb. Ana onu tutmaq üçün özünü atsa da, hər ikisi dünyasını dəyişib.

Ailə bir neçə gün əvvəl həmin evə kirayə köçübmüş.

Faktla bağlı araşdırma aparılır.

mənbə: Oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31