60 yaşlı qadın ehtiyatsızlıqdan qolunu kəsdi
26 İyul 2022 15:03 HadisəZaqatalada 60 yaşlı qadın ehtiyatsızlıqdan qolunu kəsib.
Olaylar.az xəbər verir ki, hadisə rayonunun Muxax kəndində baş verib. Kənd sakini 1962-ci il təvəllüdlü Aşurey Qədirova fındıq bağında həyat yoldaşı ilə təmizlik işləri aparan zaman ehtiyatsızlıqdan ot biçən sağ yuxarı ətrafın bazu və dirsək nahiyəsini kəsib.
Hadisə zamanı ağır xəsarət alan A.Qədirovaya Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ilkin yardım göstərilib. Daha sonra müayinə və müalicəsini davam etdirmək üçün o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
mənbə: Qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31