Ağdaş sakini faciəvi şəkildə ÖLDÜ

Ağdaş sakinini elektrik cərəyanı vurub.

Olaylar.az xəbər verir ki, hadisə Nehrəxəlil kəndində qeydə alınıb.

1978-ci il təvəllüdlü Taryel Hüseynov özünə məxsus traktorun üzərində qaynaq cihazı ilə təmir işi görən zaman onu elektrik cərəyanı vurub.

Nəticədə o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31