Bakı-Qazax magistralında ağır QƏZA

Bakı Qazax avtomagistralında maşın aşıb. 

Olaylar.az bildirir ki, hadisə respublika əhəmiyyətli avtomagistralın Goran qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib. 

İdarəetmədən çıxan minik maşınının aşması nəticəsində Qazax sakini - 1964-cü il təvəllüdlü Kəmalə Qarçiyeva və onun 1990-cı il təvəllüdlü oğlu Nazim Nəbiyev yaralanaraq xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31