Hovuzda qadınları çəkərək sosial şəbəkədə yayan şəxs həbs edildi
22 İyul 2022 18:48 HadisəHovuzda qadınları çəkərək sosial şəbəkədə yayan şəxs saxlanılıb.
Olaylar.az bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılandan sonra polis tərəfindən dərhal araşdırma aparılıb və həmin videonun müəllifinin Əmrah Məhərrəmov olması müəyyən edilərək saxlanılıb.
Onun barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib.
Məhkəmənin qərarı ilə o, inzibati qaydada 20 sutka həbs edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31