Beyləqanda 3 yaşlı qız hovuzda boğularaq ölüb

Beyləqanda 3 yaşlı qız hovuzda boğulub.

Olaylar.az xəbər verir ki, hadisə rayonun İkinci Şahsevən kəndində qeydə alınıb.

2019-cu il təvəllüdlü Azadlı Nərgiz Alı qızı yaşadığı evin həyətində yerləşən hovuza düşərək boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31