Bakıda jurnalistlər binasında yanğın olub (ƏLAVƏ OLUNUB)
20 İyul 2022 22:36 HadisəBakı şəhərinin Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan mənzilin eyvanında quraşdırılan 1 ədəd kombi aparatı və 2 m² sahədə ev əşyaları yanıb.
Olaylar.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Bakıda jurnalistlərə verilən binada yanğın olub.
Olaylar.az xəbər verir ki, hadisə axşam saatlarında baş verib.
Jurnalistlər şəhərciyində 1-ci binanın 13-cü mərtəbəsində qəfil yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
Yanğın dərhal lokallaşdırılıb və qısa müddətdə söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31