Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb (YENİLƏNİB) - FOTO+VİDEO
19 İyul 2022 21:51 HadisəBakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Olaylar.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.
Yanğın nəticəsində, ilkin məlumata əsasən, binanın 5-ci mərtəbəsindən 17-ci mərtəbəsinədək şaxtadan keçən kabellər yanıb.
Yanğın zamanı 30 nəfərə yaxın bina sakini təxliyə olunub.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
Olaylar.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.