Bakıda çoxmərtəbəli binada yanğın baş verdi - VİDEO

Bu gün Həzi Aslanov metrosunun yaxınlığında çoxmərtəbəli binanın 17-ci mərtəbəsində yanğın baş verib.

Olaylar.az xəbər verir ki, yanğın zamanı binada qalan azyaşlı polis tərəfindən xilas olunub.

Polisin fədakarlıq göstərərək uşağı xilas etməsi ilə bağlı təsirli görüntülər ortaya çıxıb:

Bakının Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı binanın 2-ci mərtəbəsindən 17-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 60 p.m yanıb.

Olaylar.az bildirir ki, bu barədə FHN-dən verilən məlumata görə, yanğınsöndürənlərin çevikliyi sayəsində tüstülənmiş mənzillərdən 9-u uşaq olmaqla 32 nəfər xilas olunub və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31