Xaçmazda meşəlik ərazidə baş vermiş yanğın söndürülüb - Fövqəladə Hallar Nazirliyi

Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.

Olaylar.az bildirir ki, Nazirlikdən bildirilib ki, yanğın nəticəsində, ilkin hesablamalara əsasən, təxminən 9 hektar sahədə kol-kos və əsasən qurumuş ağaclar yanıb.

Sıx meşəlik və əkin sahələri, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31