Azərbaycanda meşədə azan əcnəbi turistlər tapıldılar FOTO
12 İyul 2022 12:50 HadisəAzərbaycanda meşədə azan əcnəbi turistlər tapılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, DİN-in "102" Xidməti Zəng Mərkəzinə Peru Respublikasının vətəndaşı Pella Patricia və İtaliya vətəndaşı Laura Sesennanın dünən səhər saatlarında Qax rayonunda qaldıqları hoteldən gəzmək adı ilə çıxdıqları və daha sonra onların meşədə itkin düşmələri barədə məlumat daxil olub.
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxslərin yerinin müəyyən edilməsi istiqamətində dərhal axtarışlara başlanılıb.
Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində hər iki əcnəbi turist Qaxbaş kəndi ərazisindəki meşə massivində tapılaraq qaldıqları hotelə yerləşdiriliblər.
oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31