“Tarqovu”da kanalizasiyada partlayış oldu - VİDEO+FOTO
11 İyul 2022 23:46 HadisəBakının mərkəzində kanalizasiyada partlayış olub.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, partlayış "Tarqovu" kimi tanınan Nizami küçəsində baş verib.
Belə ki, küçədə kanalizasiya quyularından birinin dəmir qapağı ataraq kənara sıçrayıb. Daha sonra kanalizasiya quyusu yanmağa başlayıb. Quyunun yaxınlığındakı binada işıqlar sönüb. Hadisə yerinə polis və FHN əməkdaşları cəlb olunub. Dərhal ərazi boşaldılıb və insanların həmin hissəyə girişi qadağan edilib. İlkin ehtimala görə, hadisəyə səbəb quyuya qaz yığılması olub.
Ətraflı məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31