Bakıda yaşayış binasında yanğın olub
24 Mart 2022 21:05 HadisəBakı şəhərinin Nəsimi rayonunda taxta konstruksiyalardan ibarət ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində hər birinin ümumi sahəsi 55 m² olan iki mənzilin arakəsmə divarı və tavanı 10 m² sahədə yanıb.
Olaylar.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Hər iki mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31