İran gündəmini sarsıdacaq hesabat: İlk dəfə aşkarlanıb
11 Noyabr 2021 20:45 GüneyYəməndəki vətəndaş müharibəsi zamanı İrandan tədarük edilən və husilərə göndərilən kiçik vəyüngül silahların qeyri-qanuni yollarla Somaliyə aparıldığı iddia edilib.
"Star" qəzeti xəbər verir ki, bununla bağlı Beynəlxalq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Qlobal Təşəbbüsünün hesabatında qeyd olunub.
Hesabatda İran-Yəmən silah ticarətindən qaynaqlanan silahların Somaliyə ilk dəfə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilib.
"Qlobal Təşəbbüs 8 ay ərzində Somalinin 13 bölgəsində 400-dən çox qeydiyyatsız silahı sənədləşdirib. Bunlar Yəmən münaqişəsinin Somaliyə yayılan barmaq izləridir" - hesabatda qeyd edilib.
Qeyd olunub ki, silahların əksəriyyəti keçmişdə müxtəlif dövrlərdə silah alverinin aparıldığı Putland bölgəsində istehsal olunub.
Mənbə: olke.az