“Instagram”dan İranın televiziya kanalına QADAĞA
18 Oktyabr 2021 23:42 Güney"Instagram" İranın "Press TV" kanalının bu platformadakı hesabına girişini dayandırıb.
"Oxu.az" xəbər verir ki, sosial şəbəkə tərəfindən hesab oktyabrın 8-də naməlum səbəblərdən bağlanıb.
"Press TV" kanalının İctimaiyyətlə Əlaqələr Şöbəsi də faktı təsdiqləyib.
Qeyd edək ki, buna qədər kanalın "Facebook" və "YouTube" sosial şəbəkələrindəki hesabları da bloklanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31