Gündəm

Uşaqlar məcburi əməyə cəlb edilirlər

18 İyul 2016 15:32

Uşaqların yay istirahətinə buraxılışı ilə əlaqədar onların fiziki əməyə cəlb edilməsi halları artıb. Etiraf edilməlidir ki, bəzi hallarda uşaqlar buna maddi problemlərini həll etmək məqsədilə getdiyi halda, bəzən də elə valideyinlər uşaqları məcburi əməyə cəlb edirlər.

Beyləqan rayonunun daha bir qəsəbəsinə ilk dəfə təbii qaz verilib

18 İyul 2016 15:30

İyulun 18-də Beyləqan rayonunun Şərq qəsəbəsinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

İlk dəfə gənclərin ideya yarmarkası keçirildi

18 İyul 2016 15:29

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Region gənclərinin inkişafına dəstək” layihəsi çərçivəsində ilk dəfə olaraq Mingəçevir şəhərində gənclərin ideya yarmarkasını keçirib.

Cəzaçəkmə müəssisəsində buraxılış imtahanı keçirilib

18 İyul 2016 15:26

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən xüsusi ümumtəhsil müəssisələrinin buraxılış imtahanlarında iştirak edən 197 nəfər məzununa (IX sinif üzrə 84 nəfər, XI sinif üzrə 117 nəfər) dövlət nümunəli təhsil sənədinin alınması üçün yekun qiymətlər çıxarıb.

Gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi dövlət - gənclər siyasətinin ən mühüm istiqamətlərindəndir

18 İyul 2016 15:25

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasına müsbət təsir göstərən amillərdən biri də  onlara gstərilən diqqət, qayğı, çağırış yaşına çatmış gənclərlə düzgün işin aparılmasıdır.

Qarabağ müharibəsi əlillərinə ev verildi

18 İyul 2016 15:23

Cari ilin ötən dövründə Beyləqan rayonunda çoxmənzilli yaşayış binası, həmçinin 25-dək rayonda (Siyəzən, Şabran, Qusar, Biləsuvar, Sabirabad, İmişli, Şamaxı, Oğuz, Şəki, Ağdaş, Balakən, Zaqatala və s.) fərdi yaşayış evləri, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş mənzillər istifadəyə verilməklə, 211 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib. Ümumilikdə indiyə qədər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 5443 nəfər əlil və şəhid ailəsinə mənzil verilib ki, onlardan 91 faizdən çoxu məhz Qarabağ müharibəsi əlilləri və şəhid ailələridir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Xaçmaz rayonunda inşa etdirilmiş 5 ədəd fərdi yaşayış evinin Qarabağ müharibəsi əlillərinin istifadəsinə təqdim edilməsi zamanı bildirilib.

Dövlət  Əmək  Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

18 İyul 2016 15:21

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir. Fasilənin sayı və müddəti  işəgötürənlə  həmkarlar  təşkilatının birgə qərarı əsasında müəyyən edilməlidir.

Güclü qasırğa Çini dağıtdı

18 İyul 2016 15:18

Güclü "Nepartak" qasırğası (Tayfun) Çini öz ağuşuna alıb.

Sarkisyan üsyançılarla danışıqlara başlayır

18 İyul 2016 15:16

Jirayr Səfilyan Ermənistan prezidenti Serj Sarkisyanla görüşməyə hazırdır. Virtualaz.org bildirir ki, bunu həbsdə olan Jirayr Səfilyanla görüşdən sonra ASALA terror təşkilatının keçmiş üzvü, "Təsis parlamenti"nin üzvü Alik Yeniqomşyan deyib.

Həbs olunanlar arasında məşhur prokurorun da adı var

18 İyul 2016 15:13

Türkiyədə hərbi çevriliş cəhdindən sonra həbs olunan çoxsaylı prokurorlar arasında ötən illərin səs-küylü "Ergenekon" istintaqını aparan prokuror da var.

"İncirlik"də hazırlanan "ölüm siyahısı" - ŞOK PLAN

18 İyul 2016 15:12

Hərbi çevriliş cəhdində iştirakda ittiham olunaraq həbs edilən Hataydakı 39-cu mexaniki piyada diviziyasının komandiri, general Hasan Polat məlum hadisədən əvvəl "İncirlik" bazasında amerikalılarla görüşüb.

Dövlət çevrilişinə cəhd edənlərin ŞOK TELEFON DANIŞIĞI

18 İyul 2016 15:11

15 iyulda Türkiyədə dövlət çevrilişinə cəhd edən hərbiçilərin simsiz rabitə ilə danışdıqları ortaya çıxıb.

GəncOL-da 70-dən çox endirim!

18 İyul 2016 14:48

Abunəçilərə təqdim edilən fərqli və unikal tarif paketi çeşidinə, eləcə də sərfəli endirimlərə görə hər zaman öndə olan ölkənin lider mobil operatoru Azercell Telekom müştərilərinin rahatlığını əsas hədəfi kimi saxlamaqda davam edir.

Nəsimi rayonunda mətbuat günü qeyd edildi

18 İyul 2016 14:44

İyulun 18-də Nəsimi rayon İcra Hakimiyyətində 22 iyul-Milli Mətbuat günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, media kapitanları və KİV nümayəndələri iştirak ediblər.

Bakı sakinindən 4 kiloqramdan çox narkotik götürülüb

18 İyul 2016 14:42

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.