İlk dəfə gənclərin ideya yarmarkası keçirildi
Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Region gənclərinin inkişafına dəstək” layihəsi çərçivəsində ilk dəfə olaraq Mingəçevir şəhərində gənclərin ideya yarmarkasını keçirib.
18 İyul 2016 15:29 SosialGənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi "Region gənclərinin inkişafına dəstək" layihəsi çərçivəsində ilk dəfə olaraq Mingəçevir şəhərində gənclərin ideya yarmarkasını keçirib. Mərkəzdən "OLAYLAR"-a bildirilib ki, ideya yarmarkasının giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisinin rəhbəri Tural Kərimov tədbir barədə geniş məlumat verib, Azərbaycan həyata keçirilən uğurlu gənclər siyasətinin bütün region gənclərinə, o cümlədən Mingəçevir şəhərində yaşayan və təhsil alan bütün gənclərə öz müsbət təsirini göstərdiyini vurğulayıb. Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli təşkil edilən ilk ideya yarmarkasının əhəmiyyətini qeyd edərək, gənclərin təşəbbüskarlığının artırılması üçün həyata keçirilən bu cür tədbirlərin vacibliyini bildirib. Daha sonra ideya yarmarkası öz işinə başlayıb, iştirakçı gənclər təqdimatlar şəkilində öz ideyalarını dövlət qurumları, bələdiyyə, QHT və KİV-lərin, habelə ictimaiyyət nümayəndələrinin qarşısında təqdim ediblər. Qeyd edək ki, ilk dəfə keçirilən bu yarmarkalar, yaxın günlərdə Gəncə şəhərində, o cümlədən Quba və Ağcabədi rayonlarında da təşkil ediləcək.