Cəzaçəkmə müəssisəsində buraxılış imtahanı keçirilib

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən xüsusi ümumtəhsil müəssisələrinin buraxılış imtahanlarında iştirak edən 197 nəfər məzununa (IX sinif üzrə 84 nəfər, XI sinif üzrə 117 nəfər) dövlət nümunəli təhsil sənədinin alınması üçün yekun qiymətlər çıxarıb.

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən xüsusi ümumtəhsil müəssisələrinin buraxılış imtahanlarında iştirak edən 197 nəfər məzununa (IX sinif üzrə 84 nəfər, XI sinif üzrə 117 nəfər) dövlət nümunəli təhsil sənədinin alınması üçün yekun qiymətlər çıxarıb. Bu barədə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından ( TQDK ) məlumat verilib. Buraxılış imtahanlarında bu məzunlardan IX sinif üzrə 4 nəfər ana dili və riyaziyyat fənlərindən, XI sinif üzrə 6 nəfər xarici dil fənnindən "4" və "5" qiymətləri alıb. Keçən il olduğu kimi bu il də TQDK tərəfindən xüsusi ümumtəhsil müəssisələrinə elmi-metodiki dərs vəsaitlərinin təqdim edilməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00