Gündəm
Azərbaycanda İİV-ə yoluxduğu yeni aşkarlanan insanların sayı açıqlanıb
Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, bu ilin 6 ayı ərzində Azərbaycanda İİV-ə yoluxduğu yeni aşkar olunan insanların sayı 283 nəfər təşkil edib ki, onlardan 276-sı (97,5%) Azərbaycan vətəndaşı, 7-si (2,5%) isə əcnəbilərdir.
FHN: Şirvanda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər həyata keçirilir
Fövqəladə Hallar Nazirliyi (FHN) Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda baş verən partlayışla əlaqədar rəsmi məlumat yayıb.
Frank-Valter Ştaynmayer: Almaniyanın ATƏT-də sədrliyinin prioriteti nizamlanmamış münaqişələrdir
Almaniya sədrliyi (ATƏT-də) dövründə diqqəti ATƏT məkanında həll edilməmiş münaqişələrə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə cəmləşdirmək qərarına gəlib.
Şirvana ətraf 4 rayonun mərkəzi xəstəxanalarının təcili tibbi yardım maşınları cəlb olunub
Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan ”Araz” zavodunda baş verən hadisə nəticəsində yaralanan şəxslərin daşınması üçün ətraf 4 rayonun mərkəzi xəstəxanalarının təcili tibbi yardım maşınları cəlb olunub.
Energetika naziri ExxonMobil şirkətinin nümayəndə heyəti ilə görüşüb
Energetika naziri Natiq Əliyev ExxonMobil şirkətinin Azərbaycan üzrə baş meneceri Elister Maklidin (Alistair MacLeod) rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.
Qubada "Turizm masası" təşkil edilib
Quba Turizm İnformasiya Mərkəzi və Quba Mərkəzi Kitabxana Sistemi-nin birgə səyi nəticəsində Uşaq qiraət zalında və kitabxananın ümumi fondunda "Turizm masası" təşkil edilib.
Gömrükçülər külli miqdarda siqaret aşkar ediblər
Xaçmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və realizə edilməsinin qarşısını alıb.
“Günəşli” yatağındakı 263 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib
“Günəşli” yatağında hasilatın artırılması və quyu fondunun genişləndirilməsi işləri uğurla həyata keçirilir.
İsraildən 13.6 milyon dolları qanunsuz çıxarıb Cahangir Hacıyevə verdi, indi geri ala bilmir...
İsrailin BSD Crown şirkəti Azərbaycan Beynəlxalq Bankına Cahangir Hacıyevin dövründə depozit kimi yerləşdirdiyi 13.6 milyon dolları geri ala bilmədiyini bəyan edib.
Şirvandakı partlayışda yaralananların sayı 11-ə çatıb
Şirvanda baş vermiş hadisədə xəsarət alanlara tibb yardımın göstərilməsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb.
Politoloq: "Ermənistan sülh danışıqlarını pozmaq üçün oyunlara əl atır"
“Ermənistandakı etirazçılar əvvəlcə 8 nəfər olublar. Onlar polis şöbəsinə basqın ediblər. Orada cəmi 8 polis olub. Polisləri tərkisilah edib, birini də yaralayıblar. Sonra ultimatumlar, bəyanatlar verməyə başlayıblar ki, guya məqsədləri Ermənistanda hakimiyyəti dəyişməkdir.
Kino Günü ilə bağlı tədbir keçiriləcək
Avqustun 2-də kino işçilərinin peşə bayramı günüdür. “OLAYLAR”-ın xəbərinə görə, hər il olduğu kimi, həmin gün saat 18:00-da Nizami Kino Mərkəzində bayram tədbiri keçiriləcək.
İŞİD Fransadakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
İŞİD terror təşkilatı Fransada kilsədə insanların girov götürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.
Olland kilsədə insanların girov götürülməsini terror aktı adlandırıb
Fransa Prezidenti Fransua Olland Ruan şəhəri yaxınlığındakı kilsədə insanların girov götürülməsini terror aktı adlandırıb.














