“Günəşli” yatağındakı 263 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib
“Günəşli” yatağında hasilatın artırılması və quyu fondunun genişləndirilməsi işləri uğurla həyata keçirilir.
26 İyul 2016 17:10 Sosial"Günəşli" yatağında hasilatın artırılması və quyu fondunun genişləndirilməsi işləri uğurla həyata keçirilir. "OLAYLAR"-ın SOCAR-a istionadən verdiyi xəbərə görə, yataqdakı 14 saylı dərin dəniz özülündən 263 nömrəli quyu əsaslı təmirdən sonra mənimsənilmiş və gündəlik 45 ton neft hasilatı ilə istismara daxil edilib. Yataqda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00