Gündəm

​Hindistanda tibbi avadanlıq və texnologiyalar sərgisi keçiriləcək

15 Avqust 2016 17:40

Hindistan Sənayesi Konfederasiyası tibbi avadanlıqlar və texnologiya sahəsində “Health Tech India” adlı beynəlxalq sərgi və konfrans keçirəcək.

Erməni KİV-lərində imzatoplama polis zorakılığı

15 Avqust 2016 17:39

Bugünlərdə Ermənistan mətbuatının baş redkatorları jurnalistlərə qarşı zorakılıqlara qarşı imzatoplama kampaniyasına başlayıblar. SİAxəbər verir ki, bu barədə 1in.am saytı məlumat yayıb. Məlumata görə, imzatoplama kampaniyası KİV rəhbərlərinin təşkilatçılığı ilə İrəvanın “Azadlıq” meydanında keçirilir. Maraqlıdır ki, imzatoplama kampaniyasında İrəvan polisinin ictimaiyyətlə əlaqələr üzrə idarəsinin rəisi Aşot Aqaronyan da qoşulub. Lakin redkatorların qərarı ilə onun imzası sonradan siyahıdan çıxarılıb.

Kayakçımız “Rio-2016”da yarımfinala yüksəlib

15 Avqust 2016 17:38

“Rio-2016” Yay Olimpiya Oyunlarında kayakçımız İnna Osipenko-Radomskaya bir nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə seçmə yürüşə qatılıb. SİA-nın məlumatına görə, idmançımızın rəqibləri özbəkistanlı Olqa Umaraliyeva, slovakiyalı Martina Kohlova, kubalı Yusmari Menqana, almaniyalı Konni Vassmut, argentinalı Sabrina Amegino və Cənubi Afrika Respublikasının təmsilçisi Bricit Ellen Hartli olub.

Muzdlu işçilərin sayı 190,5 min nəfər təşkil edib

15 Avqust 2016 17:36

Bu ilin yanvar-iyun aylarında sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 190,5 min nəfər təşkil edib.

Bakıda 20 yaşlı gənci qətlə yetirən şəxs məlum oldu

15 Avqust 2016 17:35

Bakıda küçədə qətlə yetirilən şəxsin kimliyi məlum olub.

Azərbaycan idmançısı Rio-da avarçəkmə yarışında yarımfinala çıxdı

15 Avqust 2016 17:26

Azərbaycan idmançısı İnna Osipenko Radomskya Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarında bu gün baydarkada 200 metr məsafəni 40,702 nəticə ilə qət etməklə dördüncü təsnifat mərhələsində ilk yeri qazanıb.

İnsanın şüuru ölümündən sonra da yaşayır

15 Avqust 2016 17:21

Böyük Britaniyanın Sauthempton Universitetinin alimləri bildiriblər ki, insanın şüuru hətta onun ölümündən sonra da yaşayır və düşünür.

Deputatı güllələyən ata və oğula hökm oxundu

15 Avqust 2016 17:19

Karaçay-Çerkesya məhkəməsi respublika parlamentinin deputatı Muhamed Kunijevanı öldürməkdə təqsirkar bilinən ata ilə oğul barəsində hökm elan edib.Modern.az Rusiya mediasına istinadən bildirir ki, istintaq məlumatına görə, şübhəlilər 2014-cü ilin iyul ayında deputatın futbol oynadığı Psık aulunun qərb sahilindəki futbol meydançasına gəliblər.

Azərbaycanlı biznesmenin qatilləri tutuldu

15 Avqust 2016 17:07

Leninqrad vilayətində Vsevolovski rayon cinayət axtarış idarəsinin əməliyyatçıarı azərbaycanlı biznesmenin Vəli Hümbətovun qətlində şübhəli bilinən iki nəfəri saxlayıblar. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, saxlanılanlardan biri 7-ci polis bölməsinin keçmiş əməkdaşı Boris Kuşnirdir.

İlhamə ilə bağlı “miras qalmaqalı”na son qoyulub

15 Avqust 2016 17:05

“Mərhum İlhamə Quliyevanın hüquqi varisləri bacıları İradə və Gülbahardır. Məhkəmə sərvətin bölüşdürülməsi ilə bağlı onların xeyrinə qərar çıxarıb”.

Dağlıq Qarabağdakı vəziyyət BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyinə salınıb

15 Avqust 2016 17:03

“Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” və “GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyinə salınıb.

Aram Sarqsyan: “Bizə haqq etdiyimiz tərzdə yanaşırlar”Erməni müxalifətçi

15 Avqust 2016 17:02

“Əlbəttə ki, Qarabağ məsələsinin Türkiyə ilə ciddi şəkildə müzakirə edilməsi bizə xoş təsir bağışlamır”. SİA xəbər verir ki, bu fikirləri Ermənistanın birinci kanalına Ermənistan Demokratik Partiyasının (EDP) sədri Aram Sarqsyan deyib. Partiya sədrinin fikrincə, buna səbəblərdən biri də Türkiyənin Azərbaycanla yekdil şəkildə çıxış etməsidir: “Bu, bizim zəifliyimizdən irəli gələn haldır. Əgər bizim daxili problemlərimiz dövlətin gücünü zəiflədirsə, bu zaman xarici oyunçular baş verənləri vaxtında anlayır və bizə haqq etdiyimiz tərzdə yanaşırlar”.    

Böyük Britaniya Avropa İttifaqını tərk etməyə tələsmir

15 Avqust 2016 16:59

Böyük Britaniya höküməti ölkənin Avropa İttifaqını (Aİ) tərk etmə prosedurunun başlanmasının dəqiq vaxtını açıqlamır, sadəcə deyilir ki, Brexit bu ilin sonuna kimi baş verməyəcək.

Kənd Təsərrüfatı Nazirliyinin 4 əməkdaşı işdən çıxarılıb

15 Avqust 2016 16:57

Kənd Təsərrüfatı Nazirliyində Dövlət Fitosanitar Nəzarəti Xidmətinin bu ilin birinci yarısında fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

MSK xarici müşahidəçilərlə bağlı açıqlama yaydı

15 Avqust 2016 16:38

“Referendumla bağlı seçkiləri müşahidə edəcək xarici nümayəndə və müşahidəçilər akkreditasiyaya  görə hələ ki, MSK-ya müraciət etməyiblər”.