Deputatı güllələyən ata və oğula hökm oxundu
Karaçay-Çerkesya məhkəməsi respublika parlamentinin deputatı Muhamed Kunijevanı öldürməkdə təqsirkar bilinən ata ilə oğul barəsində hökm elan edib.Modern.az Rusiya mediasına istinadən bildirir ki, istintaq məlumatına görə, şübhəlilər 2014-cü ilin iyul ayında deputatın futbol oynadığı Psık aulunun qərb sahilindəki futbol meydançasına gəliblər.
15 Avqust 2016 17:19 DünyaKaraçay-Çerkesya məhkəməsi respublika parlamentinin deputatı Muhamed Kunijevanı öldürməkdə təqsirkar bilinən ata ilə oğul barəsində hökm elan edib.Modern.az Rusiya mediasına istinadən bildirir ki, istintaq məlumatına görə, şübhəlilər 2014-cü ilin iyul ayında deputatın futbol oynadığı Psık aulunun qərb sahilindəki futbol meydançasına gəliblər.
İki-beş metrlik məsafədən onlardan biri Kunijevə karabindən 3 dəfə atəş açıb, bundan sonra ikinci travmatik tapançadan da 3 dəfə atəş açıb.
Cinayəti törətməkdə şübhəli bilinən aulun sakinləri - 61 yaşlı Psabida Evqamukov və onun 32 yaşlı oğlu Xomqot həbs ediliblər. məhkəmənin hökmü ilə oğul 12, ata isə 7 il azadlıqdan məhrum ediliblər. ata ilə oğul həm də zərərçəkənlərə 3,4 milyon rubl ödəməlidirlər.