Gündəm
“Zaman”ın daha bir əməkdaşı saxlanıldı
Türkiyədə bağlanan “Zaman” qəzetinin daha bir əməkdaşı saxlanılıb.
Yol polisi xəbərdarlıq etdi: Nəzarət gücləndirilib
Avtomobillərin texniki baxışdan keçməsi ilə əlaqədar nəzarət gücləndirilib. Artıq avqustun 1-də ölkədə yüngül minik avtomobillərinin dövlət texniki baxışından keçmə müddəti başa çatıb. Qanunvericiliyin tələblərinə uyğun olaraq, nəzərdə tutulan müddətdə texniki baxışdan keçməyən avtomobillərin sürücüləri inzibati məsuliyyət daşıyırlar. Bununla əlaqədar Bakı şəhəri ərazisində texniki baxışdan keçməyən avtomobillərin aşkar edilməsi məqsədilə mütəmadi reydlər keçirilir. Avqustun 1-dən 15-dək yol polisi əməkdaşları tərəfindən avtomobili texniki baxışdan keçməyən 180 sürücü müəyyən olunaraq, texniki baxışdan keçmədiyinə görə məsuliyyətə cəlb olunub. Hazırda reydlər davam edir.
Tarixin ən isti ayı
2016-cı ilin iyul ayı meteoroloji müşahidələrin tarixi boyunca, yəni son 136 ildə Yerdə ən isti ay olub.
Sabah Şəriəti: Qazandığım bürünc medalı bütün azərbaycanlılara həsr edirəm"
Çox sevinirəm ki, Olimpiya medalı qazandım və Azərbaycanın üçrəngli bayrağını qaldırdım. Üç illik əziyyətim hədər getmədi. Mənə şərait yaratdıqları üçün Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasına öz təşəkkürümü bildirirəm. Bu sözləri "Rio-2016" Yay Olimpiya Oyunlarında 130 kiloqram çəki dərəcəsində bürünc medal qazanan yunan-Roma güləşçimiz Sabah Şəriəti Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə söhbəti zamanı deyib.
Rio-2016: Azərbaycan taekvondoçularının rəqibləri açıqlanıb
Rio-2016-da teakvondo yarışlarının püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan yığmasının idmançıları da rəqiblərini tanıyıblar.
Ali məktəblərin boş qalan yerlərinə qəbul üçün 182 abituriyent ixtisas seçimi edib
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi davam edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, saat 11.30-a qədər 182 abituriyent qəbul olmaq istədiyi ixtisasları elektron ərizəsinə daxil edərək təsdiqləyib.
İƏİT: Yaxın 45 ildə 200 milyondan çox insan hava çirklənməsi səbəbindən vaxtından əvvəl öləcək
Yaxın 45 ildə 200 milyondan çox insan hava çirklənməsi səbəbi ilə vaxtından əvvəl öləcək.
Ceyms Uorlik: "Rusiyanın Qarabağ münaqişəsinin həllinin qarantı kimi çıxış etməyə hazır olmasını alqışlayırıq"
"Rusiyanın Dağlıq Qarabağmünaqişəsinin həllinin qarantı kimi çıxış etməyə hazır olmasını alqışlayırıq".
Azərbaycan narkotik alverində təqsirli bilinən Qazaxıstan vətəndaşını ölkəsinə təhvil verib
Azərbaycan narkotik maddələrin alverində təqsirli bilinən Qazaxıstan vətəndaşını ölkəsinə təhvil verib.
Türkiyənin hakim partiyasından olan keçmiş deputat həbs edilib
Türkiyədə dövlət çevrilişinə cəhd edən Fetullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan keçmiş deputat professor Aydın Bıyıklıoğlu həbs edilib.
Cənubi Koreyada hərbi bazada partlayış olub: bir zabit ölüb, ikisi yaralanıb
Cənubi Koreyada hərbi dəniz donanmasının bazasında baş verən partlayış nəticəsində bir nəfər ölüb, 2 nəfər yaralanıb, bir nəfər isə itkin düşüb.
Azərbaycanda kişi həyat yoldaşını boğub
Azərbaycanda kişi arvadını qətlə yetirib.
Rusiyanın müdafiə naziri Ermənistana gedib
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Yerevanda səfərdədir.
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub.
Dini radikalizmə qarşı mübarizədə dini icmaların fəaliyyətinin təşkili müzakirə edilib
Şamaxı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ''Dini radikalizmə qarşı mübarizədə dini icmaların fəaliyyətinin təşkili'' mövzusunda seminar-müşavirə keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhməd Mustafayev, dini icma sədrləri, rayon ağsaqqalları, dindarlar, ziyalılar və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Şamaxıda mövcud dini durum və bu sahədə görülmüş işlər barədə məlumat verərək ölkəmizdə mövcud olan tolerantlıq mühitindən və eləcə də ölkə rəhbərliyinin dindarlara qayğısından bəhs edib.














