Gündəm
Asim Mollazadə Polşayda iqtisadi foruma qatılacaq
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə XXVI İqtisadi Forumda iştirak etmək üçün Polşaya gedib.
Dini zəmində hakimiyyəti və Konstitusiyanı zorla dəyişdirməyə cəhd edənlər ömürlük həbslə cəzalandırılacaq
Azərbaycanda dini fanatizm və dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına xüsusi cəzalar, o cümlədən ömürlük həbs cəzası tətbiq olunur.
Azərbaycan Pekin-London dəhlizinin yaradılmasını nəzərdə tutan Aşxabad bəyannaməsini imzalayıb
Azərbaycan, Türkiyə və Türkmənistan Pekindən Londonadək uzanan nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutan Aşxabad bəyannaməsini imzalayıb.
“Mardan Palace” otelinin işçiləri maaş almadıqları üçün tətilə başlayıblar
Türkiyədə Azərbaycan əsilli iş Adamı Telman İsmayılovun tikintisinə 1,4 milyard dollar xərclədiyi, açılışına Hollivud ulduzlarını dəvət etdiyi “Mardan Palace” otelinin 160 işçisi 4 gündür ki, tətilə başlayıb.
Mübariz Qurbanlı İran səfirini qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, komitə sədri Azərbaycanla İran arasında tarixən mövcud olan qardaşlıq münasibətlərindən bəhs edərək, əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin xüsusi rolunun olduğunu, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Fəaliyyəti dövründə İran İslam Respublikasına iki dəfə səfər etdiyini, bu səfərlər zamanı İrandakı inkişafın şahidi olduğunu deyən Komitə sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə İranın daima ölkəmizin haqlı mövqeyini dəstəklədiyini vurğulayıb.
Konstitusion islahatları nə vəd edir?
Yeniliklər Azərbaycanın yeni mərhələyə qədəm qoyacağından xəbər verir Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan Konstitusiya islahatının ölkə həyatının ən müxtəlif sahələrinə: təhlükəsizlik və müdafiə, insan hüquq və azadlıqlarının qorunması və ondan sui-istifadə hallarına yol verilməməsi, xüsusi mülkiyyət ilə bağlı sosial öhdəliklər, vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı, vətəndaşların seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət strukturlarının təkmilləşdirilməsi, bələdiyyələrin məsuliyətinin artırılması və digər vacib məsələlərin tənzimlənməsinə şamil edilməsi nəzərdə tutulur.
İŞİD-in tərkibində vuruşmaqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD-in tərkibində vuruşmaqda təqsirləndirilən Elburus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Azərbaycanda idmana qayğı dövlət siyasətinin əsas istiqamətlərindəndir
“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri Rəhim Hüseynzadə Azərbaycan Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:
ASGA-dan daha bir xeyirxah addım
Bugünlərdə isə ASGA daxili imkanları hesabına daha bir layihəyə start verib. “OLAYLAR”-ın xəbərinə görə, "Şəhidimi unutmadım, unutmaram" adlı layihə çərçivəsində şəhid ailələrinin ən zəruri ehtiyaclarının ödənilməsi üçün təşkiilat tərəfindən sistematik tədbirlər həyata keçirilir.
SOCAR prezidenti Gürcüstanda səfərdə olub
SOCAR prezidenti Rövnəq Abdullayev və onu müşayiət edən şəxslər Gürcüstana səfər çərçivəsində “SOCAR Georgia Petroleum” törəmə müəssisəsinin Kiziki neftbazasının tikintisinə baş çəkib, burada gedən inşaat işləri ilə tanış olub.
Türkiyə və Rusiya Amerika ilə Avropanın siyasətindən narazıdır
"Əslində G-20 toplantısında təkcə dünya güclərinin deyil, digər ölkələrin də toplaşması, dünya liderlərinin ikili görüşlər keçirməsi, müəyyən məsələləri müzakirə etməsi müsbət hadisədir.
Pakistanda 57 məktəbli yaralanıb
Pakistanda 4,5 bal gücündə zəlzələ nəticəsində yaranmış basabasda ən azı 57 məktəbli yaralanıb.
Akif Çovdarov və digər vəzifəli şəxslərin məhkəməsi başlayır
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir.
XİN-in "qara siyahısı"nda olanların 30 faizdən çoxu media nümayəndələridir
Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının böyük bir qismi media nümayəndələrinin payına düşür.
Nənə toyda rəqsi ilə gənc qızlara meydan oxudu - VİDEO
Rusiya keçirilən toy mərasimlərindən birində qəribə hadisə baş verib.














