SOCAR prezidenti Gürcüstanda səfərdə olub
SOCAR prezidenti Rövnəq Abdullayev və onu müşayiət edən şəxslər Gürcüstana səfər çərçivəsində “SOCAR Georgia Petroleum” törəmə müəssisəsinin Kiziki neftbazasının tikintisinə baş çəkib, burada gedən inşaat işləri ilə tanış olub.
5 Sentyabr 2016 15:04 SosialSOCAR prezidenti Rövnəq Abdullayev və onu müşayiət edən şəxslər Gürcüstana səfər çərçivəsində "SOCAR Georgia Petroleum" törəmə müəssisəsinin Kiziki neftbazasının tikintisinə baş çəkib, burada gedən inşaat işləri ilə tanış olub. "OLAYLAR"-ın xəbərinə görə, şirkət prezidentinə məlumat verilib ki, SOCAR-ın Gürcüstandakı neft məhsulları dövriyyəsinin artırılması, məhsulların qəbulu, saxlanılması və yola salınması işinin daha effektli qurulması məqsədi ilə Tbilisi şəhəri əhatəsində belə bir neft bazasının tikilməsinə ehtiyac yaranıb. Ümumi sahəsi 44492 kvadratmetr olan bu obyektdə 7 adda neft məhsullarının saxlanılması üçün 22 sıxılmış qaz həcmlərinin saxlanılması üçün 20 rezervuarın, 2 dəmir yolu xəttinin və zəruri infrastrukturunyaradılması nəzərdə
tutulur. Tikinti mərhələli şəkildə həyata keçirilir. Artıq birinci mərhələdə yaradılması planlaşdırılan obyektlərin inşası başa çatmaq üzrədir. SOCAR prezidenti Rövnəq Abdullayev görülən işlərlə tanış olmuş, inşaatın gedişini qənaətləndirici olduğunu söyləmiş, aidiyyatı qurum və şəxslərə konkret tapşırıqlar verib.