Azərbaycan Pekin-London dəhlizinin yaradılmasını nəzərdə tutan Aşxabad bəyannaməsini imzalayıb
Azərbaycan, Türkiyə və Türkmənistan Pekindən Londonadək uzanan nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutan Aşxabad bəyannaməsini imzalayıb.
5 Sentyabr 2016 15:22 SosialAzərbaycan, Türkiyə və Türkmənistan Pekindən Londonadək uzanan nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutan Aşxabad bəyannaməsini imzalayıb.
Bu barədə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.
Onun sözlərinə görə, sənədə Azərbaycan tərəfindən nəqliyyat nazirinin müavini Arif Əsgərov, Türkmənistanın tərəfindən isə avtomobil nəqliyyatı naziri Məqsəd Aydoğduyev imza atıb.
"Bəyannamənin imzalanması ilə biz hədəflərimizə bir addım da yaxınlaşdıq", - deyə nazir qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31