Türkiyə və Rusiya Amerika ilə Avropanın siyasətindən narazıdır

"Əslində G-20 toplantısında təkcə dünya güclərinin deyil, digər ölkələrin də toplaşması, dünya liderlərinin ikili görüşlər keçirməsi, müəyyən məsələləri müzakirə etməsi müsbət hadisədir.

"Əslində G-20 toplantısında təkcə dünya güclərinin deyil, digər ölkələrin də toplaşması, dünya liderlərinin ikili görüşlər keçirməsi, müəyyən məsələləri müzakirə etməsi müsbət hadisədir. Düzdür, adətən G-20 toplantılarında iqtisadi-maliyyə məsələləri müzakirə edilir. Amma indi geosiyasi vəziyyət o qədər mürəkkəbdir ki, liderlər siyasi məsələlərdən yan keçə bilmir və onları müzakirə edirlər". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Cəbrayıl Fərzəliyev səsləndirib. Onun sözlərinə görə, bu heç də o mənanı vermir ki, bu sammit mütləq hansısa qərarlar verməlidir: "Çünki bu sammitlərin xüsusiyyəti ondan ibarətdir ki, burada dövlət başçıları müxtəlif sahələrlə bağlı özəl görüşlər keçirir. Bax, bu müstəvidə əsas məsələlər müzakirə edilir və bəlkə də həll edilir. Əsas nəticələr burdadır. Bundan əlavə, həmçinin bu sammitdə Rusiya-Türkiyə münasibətlərinin isti olduğu ortaya çıxdı. Əslində iki ölkə arasında yaranan son ayların soyuq münasibətindən sonra Çindəki isti görüş anlaşılandır. Bu gərginlik dövrünə nöqtə qoyulduğunun göstəricisidir. Artıq tərəflər Türkiyədə Atom Elektrik Stansiyasının tikintisi, "Türk axını" layihəsinin bərpa edilməsi və işə salınması planları, iki ölkə arasında digər sahələrdə razılığın əldə edilməsi, turizm və ticarət istiqamətində anlaşma əldə ediblər. Ən vacib məqam odur ki, hazırda Türkiyə və Rusiya müəyyən səbəblərdən Amerika ilə Avropanın siyasətindən narazıdır. Narazılığın müəyyən səbəbləri var. Bu səbəblər də prinsipcə aydındır. Bu narazılıq iki dövləti birləşdirən amildir. Mən düşünürəm ki, bu iki dövlət rəhbərinin görüşü yüksək səviyyədə keçirildi və tərəflər razılığa gələ bildilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31