Gündəm

Vinter: "Azərbaycandakı multikulturalizm və tolerantlıq dünya üçün nümunə ola bilər"

5 Sentyabr 2016 16:32

Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sarkozi məhkəməyə verilə bilər

5 Sentyabr 2016 16:28

Fransanın keçmiş prezidenti Nikola Sarkozi məhkəməyə verilə bilər.

KİV-dən istifadə etməklə dini ayrı-seçkilik salanlar və bunu maliyyələşdirilənlər həbs olunacaq

5 Sentyabr 2016 16:10

Azərbaycanda dini fanatizm və dini radikalizm zəminində milli-irqi düşmənçiliyin salınması, vətəndaş hüquqlarının məhdudlaşdırılması, o cümlədən bunun KİV vasitəsilə törədilməsinə qarşı cəzalar tətbiq olunur.

Türkiyədə 157 terrorçu zərərsizləşdirilib

5 Sentyabr 2016 16:05

Türkiyənin Hakkari əyalətinin Çukruca rayonunda bir həftə ərzində keçirilən antiterror əməliyyat nəticəsində 157 terrorçu zərərsizləşdirlib.

Bu qadın gündə 21 saat yatır – ÇARƏSİ OLMAYAN XƏSTƏLİK

5 Sentyabr 2016 16:00

Çox nadir görülən Kleine Levin sindromuna tutulan ingiltərəli Helen Vaterson günün 21 saatını yatır.

Mağazadan içi pulla dolu seyf oğurlanıb

5 Sentyabr 2016 15:58

Bakının Nərimanov rayonunda mağazadan oğurluq edilib. “Olaylar”ın xəbərinə görə, sentyabrın 3-nə keçən gecə Bakı şəhər sakini Elşən Nəcəfova məxsus mağazadan qapının qıfılını sındırmaq yolu ilə içərisində 4000 manat pul olan seyf oğurlanıb.

3 rayonda narkotik əməliyyatı keçirilib

5 Sentyabr 2016 15:57

İsmayıllı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib. “Olaylar” xəbər verir ki, İsmayıllı rayon polis şöbəsi tərəfindən Xanağah və Cülyan kəndi ərazilərindən yabanı halda bitmiş, ümumi çəkisi 2 ton 980 kiloqram olan 3400 çətənə kolu aşkar edilərək məhv edilib.

Ərdoğan Aİ rəhbərləri ilə vizanın ləğvini müzakirə edib

5 Sentyabr 2016 15:53

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammiti çərçivəsində Almaniya Kansleri Angela Merkel, Fransa Prezidenti Fransua Olland və İtaliyanın Baş naziri Matteo Rentsi ilə dördtərəfli formatda görüş keçirib.

Avtomobilin vurduğu piyada hadisə yerində ölüb

5 Sentyabr 2016 15:51

Səbail rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə. sentyabrın 4-də saat 16 radələrində Səbail rayonunun Bayıl qəsəbəsində Bakı şəhər sakini Azər Miriyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən paytaxt sakini Məmmədəmin Mikayılovu vurub. Piyada hadisə yerində ölüb.  Səbail RPİ tərəfindən araşdırma aparılır.

Mağazanı qarət edən şəxs saxlanıb

5 Sentyabr 2016 15:50

Bakıda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də Bakı şəhər sakini İlham Papaxova məxsus mağazadan 629 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Bilal Səfərov tutulub. Araşdırma aparılır. 

Xaçmaz sakinindən tapança götürülüb

5 Sentyabr 2016 15:49

Paytaxt polisi Xaçmaz rayon sakinində qanunsuz odli silah aşkarlayıb. DİN-dən verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini Rahil Qəniyevdən “TT” tipli tapança, patron darağı və 3 ədəd patron götürülüb.

DİN 3 nəfərin ölümü ilə bağlı məlumat yayıb

5 Sentyabr 2016 15:47

Daxili İşlər Nazirliyi (DİN) Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb. “Olaylar”ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 4-də saat 04 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində Bakı şəhər sakinləri Pircan Rzayev idarə etdiyi “QAZel” markalı avtomobili yolun kənarında dayanan Əlikram Məlikova məxsus “KamAZ” markalı avtomobilə vurub. Nəticədə P.Rzayev və sərnişinlərindən oğlu Sahib, eləcə də həmyerlisi, Elşad Qəhrəmanov hadisə yerində ölüb, digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Məhbuslar arasında turnir keçirilib

5 Sentyabr 2016 15:46

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq Penitensiar xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində dama və şahmat turnirləri keçirilib.

Federika Mogerini Aİ-nin təhlükəsizliyi və müdafiəsi üzrə geniş plan təqdim etmək niyyətindədir

5 Sentyabr 2016 15:42

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Aİ-nin xarici nümayəndəliklərinin rəhbərləri ilə iclas keçirib. 

Hakimiyyəti zorla dəyişdirməyə cəhd edənlər ömürlük həbs olunacaq

5 Sentyabr 2016 15:39

Azərbaycanda dini fanatizm və dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına xüsusi cəzalar, o cümlədən ömürlük həbs cəzası tətbiq olunur.