Məhbuslar arasında turnir keçirilib

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq Penitensiar xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində dama və şahmat turnirləri keçirilib.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq Penitensiar xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində dama və şahmat turnirləri keçirilib. Baş İdarədən "OLAYLAR"-a bildirilib ki, Olimpiya sistemi üzrə keçirilən turnirlərdə dama üzrə I yeri Odeks Emanuel, II yeri Quliyev Elməddin, III yeri Fon-pernes Viktor, şahmat üzrə I yeri Dukaşvili Lenavi, II yeri Xanəliyev Namiq, III yeri Sərbaz Mehrac tutub. Tədbirin rəsmi bağlanış mərasimində Penitensiar xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovniki Eyvaz Əsgərov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşları Salman Əbdülov, Tahir Tahirov, Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin böyük inspektoru, ədliyyə kapitanı Ramin Osmanov, 10 saylı Cəzaçəkmə Müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik-leytenantı Vüsal Mahmudov iştirak ediblər. Natiqlər öz çıxışlarında keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulayıb. Sonda qalib şəxslər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31