Sarkozi məhkəməyə verilə bilər

Fransanın keçmiş prezidenti Nikola Sarkozi məhkəməyə verilə bilər.

Fransanın keçmiş prezidenti Nikola Sarkozi məhkəməyə verilə bilər.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Paris prokurorunun bəyanatında bildirilir. Bəyanatda qeyd edilir ki, Nikola Sarkozi 2012-ci ildə öz seçki kampaniyasının maliyyələşdirilməsində pozuntulara yol verdiyinə görə məhkəmə qarşısında dayanmalıdır.

Həmçinin, o da bildirilir ki, hakim prokurorun dəlilləri ilə razılaşarsa, məhkəmə N.Sarkozinin növbəti prezident seçkilərində iştirakını çətinləşdirə bilər.

Qeyd edək ki, Fransanın sabiq prezidenti Nikolya Sarkozi 2017-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31