Gündəm
Ən bahalı geyim əsgər paltarıdı
Ailə kiçik bir dövlətdir və bu “dövlətin” təməlinin möhkəm olması uşağa verilən tərbiyəyə bağlıdır. Uşağa verilən tərbiyənin bir neçə istiqaməti var ki, ən önəmlisi də Vətəni sevməyi öyrətməkdi. Doğulduğu torpağın bir parçası olan evdə gördüyü, eşitdiyi hər şey üşağın gələcək taleyinə böyük təsir bağışlayır. Bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan ailələrdə böyüyən uşaqların vətənpərvərlik hissi daha güclüdür. 15-20 il əvvəl Qarabağ torpağına qanı qarışan şəhidlərin övladları bu hissin nə demək olduğunu, Vətən uğrunda can verməyin, qan tökməyin necə müqəddəs bir iş olduğunu bir ömür talelələrində yaşadırlar.
Şəmkirdə yeni Şəkər Emalı zavodu inşa ediləcək
“Azərsun Holdinq” mütəxəssisləri tərəfindən qışlıq şəkər çuğundurunun əkinləri istiqamətində aparılmış elmi-tədqiqat işləri və təcrübələrin uğurla nəticələnib. Həyata keçirilmiş bu yeniliyin hesabına artıq qış mövsümündə də şəkər çuğunduru yetişdiriləcək, nəticədə İmişli Şəkər Zavodunun xammal ilə təmin edilməsində yerli məhsulun nisbətində artım qeydə alınacaq.
Əgər pambıqçılığın inkişafına nail olmaq istəyiriksə...
Məlum olduğu kimi bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Sabirabad rayonunda pambıqçılığın inkişafı ilə bağlı müşavirə keçirildi. Ardınca dövlət başçısı tərəfindən pambıqçılığın inkişafına dövlət dəstəyi ilə bağlı sərəncam verildi. Maraqlıdır, hazırki məqamda pambıçıqla bağlı bu addımların atılması hansı zərurətdən irəli gəlir?
OPEK razılaşması dünya neft bazarına necə təsir edəcək?
İqtisadçı Vüqar Bayramov deyib ki, OPEK-in anlaşması elə həmin gün neft bazarına təsir göstərdi: “Fevral ayından bəri ilk dəfə olaraq neftin qiymətində gündəlik 6.5 faiz artım qeydə alındı. Ciddi fikir ayrılıqları olan Səudiyyə Ərəbistanı ilə İran neft qiymətinin yüksələcəyinə ümid edərək vahid mövqe nümayiş etdirə bildilər”.
Azərbaycanın siyasi sistemində qadınların rolu artıb
Azərbaycan Konstitusiyasında dəyişikliklə bağlı keçirilən ümumixalq səsverməsində ictimai fəallıq müşahidə olundu. Ancaq xüsusilə qeyd etmək lazımdır ki, bu referendumda ölkə qadınları xüsiusi aktivkik göstəriblər. Hətta səsverməni izləyən beynəlxalq müşahidəçilər etiraf ediblər ki, seçkilərdə qadınların fəal iştirakı xüsusilə nəzərə çarpıb.
Müstəqilliyimizin inkişafını təmin edən siyasi aksiya
Azərbaycan Konstitusiyasında dəyişikliklə bağlı keçirilən referenduma çıxarılan məsələlər ölkənin bütün sahələrdə inkişafa hesablanıb. Siyasi eksperlər hesab edirlər ki, bu dəyişikliklər Azərbaycanda dövlətçiliyin daha da möhkəmlənməsinə səbəb olacaq.
“Referendumun ortaya qoyduğu daha bir gerçəklik...”
Nəhayət ki, sentyabrın 26-da Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi baş tutdu. Seçicilərin 69,7 faizi səsvermə prosesində iştirak edərək dəyişikliklərə "HƏ" dedi.
Azərbaycanda qadın sonsuzluğundan əziyyət çəkənlərin sayı artıb
Azərbaycanda sonsuz qadınların sayında artım qeydə alınıb. Milli.Az bildirir ki, Dövlət Statistika Komitəsindən report-a verilən məlumata görə, ötən il ölkədə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan xəstələr arasında qadın sonsuzluğundan əziyyət çəkənlərin sayı 2314 nəfər olub.
ABŞ-dan Rusiyaya şok xəbərdarlıq
Şəhərləriniz vurulacaq! ABŞ-ın Dövlət Departamenti Rusiyaya xəbərdarlıq edərək bəyan edib ki, bu ölkənin şəhərləri vurulacaq, aviaqəzalar baş verəcək.SİA-nın məlumatına görə, bu barədə RİA Novosti departament rəsmisi Con Kirbinin Suriyada vətəndaş müharibəsinin davam edəcəyi tədqirdə Rusiyanı gözləyən təhlükələr barədəki fikirlərini ictimailəşdirib.
Xorvatiyanın sabiq prezidenti: "Mən ləyaqətli jurnalistikanın təşviqinə çağırıram"
"Dünyada nifrətin artdığını görürük. Belə şəraitdə dinlərarası dialoqdan danışmaq çətindir. Bunun səbəbi bir-birimizdən uzaqlaşmaqdır”. SİA-nın məlumatına görə, bunu bu gün V Bakı Beynəlxalq Humanitar Forumunun plenar iclasında çıxış edən Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç söyləyib.
Mütəllim Rəhimli: “Xalq bu islahatlar paketini dəstəklədi”
“İlk növbədə qeyd edim ki, Azərbaycan cəmiyyətinin ümumxalq səsverməsinin (referendum) keçirilməsinə olan reaksiyası göstərdi ki, ictimaiyyətin böyük əksəriyyəti bu kampaniyanın əleyhinə deyil”. Bunu SİA-ya Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimli deyib.
Azərbaycanda gələn il müdafiə sektoruna ayrılacaq vəsaitin məbləği açıqlanıb
Azərbaycan dövlət büdcəsindən gələn il üçün müdafiə sektoruna ayrılan vəsaitin məbləği açıqlanıb.
Xerardo Amaria: “Daxilən dəyişməsək, beynəlxalq müstəvidə dəyişiklik edə bilmərik”
“İradə və istək olsa, hamımız dəyişə bilərik”.
Tacikistan parlamentinin sədri: “Bir çox çağırışların cavabını multikulturalizmdə axtarmalıyıq”
“Şadam ki, multikulturalizm Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir”. APA-nın məlumatına görə, bunu V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən panel müzakirələrində Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Şukurcon Zuxurov deyib.
Paytaxtda su basmış evlərdən 35 nəfər təxliyə olunub
28 sentyabr tarixində yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolmuş, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.














