Əgər pambıqçılığın inkişafına nail olmaq istəyiriksə...

Məlum olduğu kimi bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Sabirabad rayonunda pambıqçılığın inkişafı ilə bağlı müşavirə keçirildi. Ardınca dövlət başçısı tərəfindən pambıqçılığın inkişafına dövlət dəstəyi ilə bağlı sərəncam verildi. Maraqlıdır, hazırki məqamda pambıçıqla bağlı bu addımların atılması hansı zərurətdən irəli gəlir?

Komitə sədri: "Tədarükçü şirkətlər dövlət başçısının sözlərindən ciddi nəticə çıxarmalıdırlar" 

Məlum olduğu kimi bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Sabirabad rayonunda pambıqçılığın inkişafı ilə bağlı müşavirə keçirildi. Ardınca dövlət başçısı tərəfindən pambıqçılığın inkişafına dövlət dəstəyi ilə bağlı sərəncam verildi. Maraqlıdır, hazırki məqamda pambıçıqla bağlı bu addımların atılması hansı zərurətdən irəli gəlir? Millət vəkili, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, həm ölkə Prezidentinin pambıqçılıqla bağlı keçirdiyi müşavirə, həm də məlum sərəncam çox önəmli və əlamətdar bir hadisədir. İndiki dönəmdə bunların ölkəmiz və xalqımız üçün çox böyük əhəmiyyəti var. Bildiyiniz kimi, Azərbaycan tatixən aqrar ölkə olub, hətta, Sovetlər dönəmində ölkəmiz keçmiş Birliyin ən qabaqcıl və inkişaf etmiş aqrar sənaye respublikalarından biri idi. Aqrar sahədə isə ən önəmli yerlərdən birini təbii ki, pambıqçılıq tuturdu. O zaman respublikamız hətta, bir miyon tondan artıq pambıq da istehsal etmişdi. Bu, tarixdir və onu danmaq olmaz. Amma sonradan məlum səbəblər üzündən-SSRİ-nin dağılması, müstəqillik qazanılması, yeni ictimai-siyasi-iqtisadi formasiyaya keçilməsi ilə bağlı bir çox sahələr kimi, pambıqçılıq da arxa plana keçdi, bu sahə, belə demək mümkünsə, taleyin ümidinə buraxıldı, unuduldu. Ötən əsrin 70-80-ci illərində ən azı ildə 600-700 min ton pambıq istehsal edən respublikamız müstəqillik illərində ən yaxşı halda 40-50 min ton pambıq istehsal edə bildi: "Ancaq görürsünüz ki, dünyada hansı hadisələr, qlobal iqtisadi kataklizmlər, maliyyə-iqtisadi böhranlar yaşanır və bunlar təbii ki, istər-istəməz ölkəmizə də təsirsiz ötüşmür. Ölkə Prezidenti də dəfələrlə çıxışlarında bildirib ki, artıq neft erası arxada qaldı, nefti unutmaq lazımdır, yəni, daha çox qeyri-neft sektorunun, o cümlədən də, kənd təssərrüfatının, aqrar sektorun inkişafına önəm vermək gərəkdir. Aqrar sektorun, kənd təsərrüfatının inkişafı dedikdə də heç şübhəsiz ilk öncə göz önünə pambıqçılıq gəlir. Bu baxımdan da hesab edirəm ki, belə bir müşavirənin keçirilməsinə, eləcə də, pambıqçılığın inkişafına dövlət dəstəyini nəzərdə tutan sərəncamın verilməsinə bizim düşündüyümüzdən də qat-qat zəruri ehtiyac vardır. Ona görə də hər iki məqamı, hadisəni olduqca vacib və əhəmiyyətli hesab edirəm. Hesab edirəm ki, bunlar ölkədə aqrar sahənin, o cümlədən, pambıqçılığın inkişafına böyük və müsbət təkan verəcək və Azərbaycan "ağ qızıl"ın əvvəlki şöhrətini özünə qaytara biləcək. Burada bir vacib məqamı da demək istəyirəm-yəni, dövlət başçısının özünün də vurğuladığı kimi, ilk növbədə pambığın yığımı vaxtında və itkisiz təmin edilməlidir. Yerli icra orqanları, mərkəzi icra orqanları, sahibkarlar bu vəzifələri icra etməlidirlər. Burada "ötür-ötür" olmamalı, kimsə məsuliyyətini başqasının üzərinə atmamalıdır və inanıram ki, bu, belə də olacaq, hər kəs öz çiyninə düşən vəzifənin öndəsindən gələ biləcək". Onun sözlərinə görə, pambıqçılığın inkişafı üçün onun satınalma qiyməti elə həddə çatdırılmalıdır ki, sahibkarların marağını cəlb edə bilsin: "Pambığın satınalma qiymətinin optimal həddini tapmaq üçün Özbəkistan və digər pambıqçılıq ölkələrində pambıq lifinin satış qiyməti, emala və lifin satışa çıxarılması ilə bağlı xərclər, valyutanın dəyəri, habelə, xam pambıqdan lifdən başqa alınan digər əlavə məhsulların(çiyid və sair) satış qiyməti nəzərə alınmaqla, Nazirlər Kabinetinin müəyyən etdiyi formuladan istifadə olunur. Belə olan halda, həm xam pambıq istehsalçılarının və həm də emalçıların optimal rentabelli işləmələri təmin edilir. ABŞ-da və digər pambıq istehsal edən ölkərdə pambıq istehsalçıları xam pambıqdan alınan emal məhsulları üzərində mülkiyyət hüququnu özlərində saxlamaqla emal müəssisəsinə emal və saxlama xərcini ödəyir və həmin məhsulları ya özləri və ya onların razılığı ilə emal müəssisəsi satır. Hesab edirəm ki, bu təcrübələrdən biz də istifadə etməliyik. Onu da nəzərinizə çatdırıram ki, 2015-ci ildə kənd təsərrüfatı müəssisələri və fərdi sahibkarlar pambığın bir kiloqramını müvafiq olaraq 42 və 41 qəpiyə satmış, pambıq satışının rentabelliyi isə müəssisələrdə 10,6 faiz, fərdi sahibkarlıq təsərrüfatlarında isə 5,6 faiz təşkil etmişdir ki, bu da pambıqçılığın inkişafına ciddi stimul yaratmır. Ona görə də cənab Prezident bu il pambığın satış qiymətinin 50 qəpiyə qaldırılmasına baxmayaraq haqlı olaraq qiymət məsələsinə yenidən baxmağı təklif etdi və imzaladığı Sərəncamda emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya nəzərdə tutulmuşdur. O, həmçinin qeyd etdi ki, tədarükçü şirkətlər fermerlərin pulunu ləngitmədən və dəqiq verməlidirlər."Burada artıq səsləndi və hesab edirəm ki, bu məsələ ilə bağlı heç bir şikayət yoxdur. Əgər olarsa, mənim bundan xəbərim olmalıdır"-deyə, Prezident qəti şəkildə vurğuladı. Bu da o deməkdir ki, cənab President bu məsələni öz nəzarətində saxlayacaq. Ona görə inanıram ki, tədarükçü şirkətlər dövlət başçısının bu sözlərindən ciddi nəticə çıxaracaq, fermerlərə problemlər yaratmayacaqlar. Bundan isə qazanan elə hər iki tərəf olacaq-alan da, satan da". Komitə sədri əlavə edib ki, bu sahədə çalışanlara müvafiq güzəştlər nəzərdə tutulmalıdır: "Şəxsən mən də belə hesab edirəm ki, bunlar hökmən olmalı, yenidən və özü də müsair standartlara cavab verəcək şəkildə bərpa edilməlidir. Pambıq tarlalarında işləyənlər üçün hər çür şərait yaradılmalıdır. Bu məsələ dövlət başçısının çıxışında da xüsusu vurğulandı, yəni, onun da bəyan etdiyi kimi, hər yerdə tarla düşərgəsi olmalıdır. Orada lazımi ərzaq təminatı, içməli su təşkil edilməlidir ki, işləyənlərin şəraiti yaxşı olsun, çünki bilənlər bilir ki, pambıqçılıq çox ağır, zəhmətsevən sahədir. Dövlət başçısı da çox haqlı olaraq çıxışında "Biz hamımız bunları yaxşı bilirik və insanlara maksimum dərəcədə qayğı, diqqət göstərilməlidir. Həm tədarükçü şirkətlər, həm iri şirkətlər, eyni zamanda, yerli icra hakimiyyəti orqanları bu məsələni daim diqqət mərkəzində saxlamalıdırlar"- deyə, vurğuladı. Həqiqətən də, əgər biz pambıqçılığın inkişafına nail olmaq və nəticə etibarı ilə dövlətimizin tərəqqi etməsini, insanlarımızın güzəranın, maddi durumunun daha da yaxşılaşmasını istəyiriksə, bu məsələyə də həddindən artıq ciddi diqqət ayırmalıyıq. Bunlar çox vacib məsələlırdir. Heç təsadüfi deyil ki, dövlət başçısının çıxışında da vurğulandığı kimi, pambıqçılığın sürətli inkişafı üçün 3 min 700 kənd təsərrüfatı texnikası alınıb və onlardan da 100-dən çoxu pambıqyığan kombayndır. Hətta, qeyd edildi ki, əlavə 100-dən çox kombayn oktyabr ayının birinci yarısında ölkəmizə gətirilməlidir. Gələn il isə 60 kombayn gətiriləcək. Hesab edirəm ki, bunlar da pambıqçılğın sürətli inişafında öz müsbət rolunu oynayacaq". 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31