Gündəm

Rzadan ayrılan Ebru qiymətini qaldırdı

29 Sentyabr 2016 14:35

Amerikada həbsdə olan Rza Zərrabdan boşanmaq ərəfəsində olan məşhur müğənni Ebru Gündeşhəyatında yeni səhifə açır.

ŞOK: Məşhur güləşçimiz İŞİD-in tərkibində öldürüldü - YENİLƏNİB

29 Sentyabr 2016 14:25

Azərbaycan Güləş Federasiyası İraqda İŞİD-in tərkibində öldürülən güləşçimizlə bağlı açıqlama verib.Lent.az-a danışan federasiyanın mətbuat xidmətinin rəhbəri Mayis Musayev bildirib ki, Ç.Çamsulvarayevin İraqda İŞİD-in tərkibində döyüşməsindən məlumatsız olublar. Onun sözlərinə görə, kariyerasını bitirdikdən sonra güləşçinin federasiya ilə əlaqələri kəsilib və o, ölkəsinə - Dağıstana qayıdıb: "Onun İraqda olduğunu, İŞİD-ə qoşulduğunu bilmirdik".    

Gülənin daha 65 tərəfdarı saxlanıldı

29 Sentyabr 2016 14:23

Türkiyənin Antalya vilayətində iyulda hərbi çevrilişə cəhddə ittiham olunan Fətullah Gülən hərəkatı tərəfdarlarının tapılması istiqamətində aparılan xüsusi əməliyyat nəticəsində 65 nəfər saxlanılıb.

Ermənistan parlamenti hökumətin yeni strukturu haqda layihəni təsdiqlədi

29 Sentyabr 2016 14:22

Ermənistan parlamenti "Ermənistan hökumətinin strukturu haqqında" qanuna dəyişiklikləri ikinci və yekun oxunuşda qəbul edib.

Ukraynada azərbaycanlı tələbə 15-20 nəfərlik dəstənin hücumuna məruz qalıb

29 Sentyabr 2016 14:20

Ukraynanın Sumı şəhərində azərbaycanlı tələbə döyülüb.

Nazir: "Bəlkə mətbuata çox məlumat vermirik, amma həm həmsədrlərlə, həm də nazirlərlə müzakirələr davam etdirilir"

29 Sentyabr 2016 14:19

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı intensivlik davam etdirilir. Bəlkə biz mətbuata bu barədə çox məlumat vermirik, amma deyə bilərəm ki, həm həmsədrlərlə, həm də öz səviyyəmdə nazirlərlə müzakirələr aparırıq".

Azərbaycan hökuməti FED tərəfindən ilin sonunadək uçot dərəcəsinin artırılacağını ehtimal edir

29 Sentyabr 2016 14:18

Dünya maliyyə bazarlarında artmış turbulensiya və riskdən qaçma meylləri əhəmiyyətli makroiqtisadi təsirlərə səbəb ola bilər. Qlobal maliyyə böhranından miras qalmış problemli bank aktivlərinin "Brexit"in təsiri altında maliyyə axınlarını daha çox ABŞ-ın maliyyə bazarlarına "qaçırtması", sonuncuda isə iqtisadi artımın bərpası gözləntiləri Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED - red.) pul siyasəti dərəcəsini 2016-cı ilin sonuna kimi artırması ehtimallarını gücləndirir.

Nazir: "Həmsədrlər oktyabrın ikinci yarısında regiona səfər edəcəklər"

29 Sentyabr 2016 14:14

ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edəcəklər.

Azərbaycan xarici borca nə qədər vəsait yönəldəcək?

29 Sentyabr 2016 14:12

2017-ci ilin dövlət büdcəsi layihəsində Azərbaycanda gələn il daxili və xarici borcların ödənilməsi ilə bağlı xərclər açıqlanıb. Belə ki, 2017-ci ildə yaranacaq daxili və xarici borclar görə 1768,8 manat nəzərdə tutulub. Daxili və xarici borcların ödənilməsi üçün nəzərdə tutulmuş bu vəsait 2016-cı ilin proqnozu ilə müqayisədə gələn il 0,4 faiz kəsrlə icra olunacaq. Xatırladaq ki, bu il, 2016-cı ildə daxili və xarici borcların ödənilməsi ilə bağlı 1775,1 manat ayrılmışdı.

Aydın Əliyev ÜGT-nin Baş katibi ilə görüşüb

29 Sentyabr 2016 14:10

Filippin Respublikasının Manila şəhərində Ümumdünya Gömrük Təşkilatının Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) növbəti 11-ci illik Konfransı çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya arasında ikitərəfli görüş keçirilib.

Penitensiar xidmət əməkdaşları “ADEX - 2016” sərgisində 

29 Sentyabr 2016 14:09

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları bu gün Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə “Bakı Ekspo Mərkəzi”ndə keçirilən “ADEX - 2016” II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak ediblər.

Yavər Camalov Çinin ”Poly Technologies” şirkətinin vitse-prezidentini qəbul edib

29 Sentyabr 2016 14:06

Sentyabrın 29-da müdafiə sənayesi naziri Yavər Camalov “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinə qatılan Çinin ”Poly Technologies” şirkətinin vitse-prezidenti Dai Ninqin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən verilən məlumata görə, səmimi və mehribançılıq şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dai Ninq “ADEX-2016” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğulayıb.

Elmar Məmmədyarov uruqvaylı deputatlara Qarabağdan danışıb

29 Sentyabr 2016 14:03

 Xarici işlər naziri Elmar Məmmədyarov Uruqvay Şərq Respublikasının Nümayəndələr Palatasının sədri Xerardo Amarianın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən verilən məlumata görə, Xerardo Amaria Azərbaycanı dünyada multikultural ənənə və dəyərlərin qorunub saxlanmasına mühüm töhfə verən ölkə kimi xarakterizə edərək, Forum təşəbbüsünün ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT  İnkişaf Proqramı ilə əməkdaşlığın gələcək istiqamətləri nəzərdən keçirilib

29 Sentyabr 2016 14:02

Sentyabrın 29-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan BMT İnkişaf Proqramı rəhbərinin müavini, BMT İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə Regional Bürosunun bölgə direktoru xanım Cihan Sultanoğlu ilə görüş olub.

Büdcəsinin gəlir və xərcləri ilə bağlı proqnozlar açıqlanıb

29 Sentyabr 2016 14:00

2017-ci il dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb. Maliyyə Nazirliyindən verilən məlumata görə, dövlət büdcəsinin gəlirləri 15,955 mlrd. manat, xərcləri 16,6 mlrd. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 312 mln. 619 min manat, yerli gəlirləri 642,381 mln. manat, mərkəzləşdirilmiş xərcləri 15 mlrd. 881,730 mln. manat, yerli xərcləri 718,270 mln. manat) məbləğində təsdiq edilməsi proqnozlaşdırılır.