Penitensiar xidmət əməkdaşları “ADEX - 2016” sərgisində
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları bu gün Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə “Bakı Ekspo Mərkəzi”ndə keçirilən “ADEX - 2016” II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak ediblər.
29 Sentyabr 2016 14:09 SosialƏdliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları bu gün Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və "Caspian Event Organisers" şirkətinin təşkilatçılığı ilə "Bakı Ekspo Mərkəzi"ndə keçirilən "ADEX - 2016" II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak ediblər. Xidmətin İctimasiyyətlə əlaqələr şəbəsindən verilən məluata görə, pavilyonda nümayiş etdirilən mina əleyhinə zirehli maşınlar, pilotsuz uçuş aparatlarının ən yeni tipli təkmilləşdirilmiş variantları, atıcı silahlar, tank əleyhinə idarə olunan raketlə təchiz edilmiş nəzarət patrul maşını kimi 260 addan çox müasir silah və texnika xidmət əməkdaşlarında böyük maraq doğurub. Belarus, İsrail, Çin, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Fransa və Çexiya istehsalı olan silah, texnika və digər hərbi avadanlıqlar barədə aidiyyəti ölkələrin hərbi mütəxəssisləri tərəfindən müfəssəl məlumat verilib.