Gündəm

Goranboyda silah-sursat tapılıb

11 Oktyabr 2016 17:04

 Goranboy rayon ərazisində silah-sursat tapılıb. DİN-dən verilən məlumata görə, Xocalı RPŞ əməkdaşları tərəfindən Goranboy rayonunun Aşağı Ağcakənd kəndi ərazisindən 2 ədəd ov tüfəngi, 2 ədəd “AKM” markalı silah, 1 ədəd “Naqan” tipli tapança, 1 ədəd kustar üsulla hazırlanmış qumbara, 1 ədəd “RQD-5” qumbarası, 5 ədəd patron darağı, 1 ədəd süngü bıçaq və 1097 ədəd müxtəlif çaplı patron tapılmışdır.

16 baş inək oğurlayanlar saxlanıb

11 Oktyabr 2016 17:02

Cari ilin sentyabr ayından oktyabrın 7-dək olan müddətdə Lənkəran rayon sakinləri Əlisa Əliyevə, Nargilə Rüstəmovaya, Şahin Şükürova, Zaur Nəcəfova, İlyas Məmmədova və Yaqub Axundova məxsus ümumilikdə 16 baş inəyi oğurlanıb. DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Masallı rayon sakinləri Anar Qarabalayev və Rövşən Atakişiyev tutulmuşlar. Onların Balıqçılar qəsəbə sakini Əli Əsədullayevə məxsus 1 baş inəyi oğurlamaları da müəyyən edilmişdir. 

Keçmiş həyat yoldaşını bıçaqlayaraq öldürdü

11 Oktyabr 2016 17:00

Oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan Lalə Muxtarovanın evinə gəlmiş keçmiş əri, Ağdam rayon sakini Sadiq Muxtarov münaqişə zəminində ona küt alətlə başından, özünə isə bıçaqla sinə nahiyəsindən xəsarət yetirmişdir. DİN-dən verilən məlumata görə, L.Muxtarova hadisə yerində ölmüşdür. S.Muxtarova xəstəxanada tibbi yardım göstərildikdən sonra polisə gətirilmişdir. Araşdırma aparılır.

Abşeronda 61000 manatlıq mal oğurlayan qadın tutuldu

11 Oktyabr 2016 16:59

Abşeron rayon sakini Elməddin Bayramov Qaradağ RPİ 10-cu PB-yə ərizə ilə müraciət edərək həyətindəki anbardan 61000 manat dəyərində geyim əşyalarının Gültəkin Ələkbərova tərəfindən oğurlanmasını bildirib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsindəki ticarət mərkəzində E.Bayramova məxsus oğurlanmış geyim əşyalarını satmaqda şübhəli bilinən Bakı şəhər sakini G.Ələkbərova saxlanılaraq 10-cu PB-yə təhvil verilib. G.Ələkbərova toplanmış materialla birgə aidiyyatı üzrə Abşeron RPİ-yə təhvil verilib.

Referendumla əlaqədar üç seçki məntəqəsində seçkinin nəticələri ləğv edilib

11 Oktyabr 2016 16:53

Mərkəzi Seçki Komissiyası 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar 3 seçki  məntəqəsində  seçkinin nəticələri tam ləğv edib.

Əli Kərimlinin illər öncə xəyanəti SİYASİ ANALİZ

11 Oktyabr 2016 16:50

Yaxud, AXCP sədri nəyə görə siyasi ambisiyalarına nail ola bilmir? Zaman-zaman, xüsusilə Azərbaycanda seçki mühiti yarandığı vaxtlarda, o cümlədən digər ictimai-siyasi və s. proseslər dövrü özünü “ana müxalifətin lideri” kimi təqdim edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin son anda ətrafına toplaşmış adamları aldatması haqqında çoxsaylı faktlar mövcuddur. Lakin ortada olan danılmaz faktlara rəğmən, onun hələ də gündəmə çıxması, hadisələrə münasibət bildirməsi ictimai rəyə siyasi həyasızlıq təsiri bağışlayır. Ümumiyyətlə, siyasi arenada barəsində kifayət qədər faktlar danışılan Kərimlinin bugünə qədər partiyasına sədrlik etməsi anlaşılmaz olaraq qalmaqdadır. 

Sülhməramlılarımız Əfqanıstana yola salınıb

11 Oktyabr 2016 16:48

NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Rusiya islahatlar yolunda: mütəxəssislərin həyəcan təbili

11 Oktyabr 2016 16:47

Soçidə təşkil edilmiş Beynəlxalq Sərmayə Forumunda Rusiya rəsmiləri düşündürücü fikirlər ifadə ediblər. Baş nazir, "Sberbank"ın rəhbəri, keçmiş maliyyə naziri kimi yüksək səviyyəli mütəxəssislər ölkənin idarəetmə sistemində islahatların aparılmasının həyat əhəmiyyətli məsələ olduğunu vurğulayıblar, əks təqdirdə, ölkəni ciddi problemlərin gözlədiyi bildirilib. Dmitri Medvedev, German Qref, Aleksey Kudrin yuxarıda təsvir edilən proqnozu verərkən konkret faktlara əsaslanıblar. Problemin kökündə Rusiyada köhnə idarəetmə fəlsəfəsinin və mexanizmlərinin durduğu göstərilib.

Bakı metrosunda gediş haqqı qalxacaq?

11 Oktyabr 2016 16:44

"Xərclərin çoxalması bir sərnişinin daşınma xərcini artıra bilər "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin  müsahibə verib. Milli.Az sözügedən müsahibəni təqdim edir:

Səhiyyə naziri əmr imzaladı

11 Oktyabr 2016 16:38

Səhiyyə naziri Oqtay Şirəliyev qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsinə dair əmr verib.

MSK sədri: "Azərbaycan seçki proseslərində ən inkişaf etmiş Avropa ölkələrindən geri qalmır"

11 Oktyabr 2016 16:36

"Mərkəzi Seçki Komissiyası sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səsvermənin təşkili üçün üzərinə düşən vəzifəni yerinə yetirib".

Tariximizin şanlı səhifəsi-aprel döyüşləri

11 Oktyabr 2016 16:16

Azərbaycan dövləti, xüsusən ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyev Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərini davam etdirir. Əksər çıxışlarında olduğu kimi, dövlət başçısı Nazirlər Kabinetinin yekun iclasında da ölkəmiz üçün ən ağrılı məsələ olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər də səsləndirib.

Seyran Ohanyana yerini göstərdilər

11 Oktyabr 2016 16:12

"Hər bir sabiq nazir siyasətlə məşğul ola bilər. Bu onun konstitusion hüququdur. Artıq "keçmiş müdafiə naziri" statusunu almış Seyran Ohanyan da başqaları kimi siyasətlə məşğul ola bilər". SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistanda Respublika Partiyasının mətbuat xidmətinin rəhbəri Eduard Şarmazanov deyib. 

“Prezident iclasda münaqişənin həlli ilə bağlı gizli məqamları açıqladı”

11 Oktyabr 2016 16:11

"Prezident İlham Əliyev Nazirlər Kabinetinin 9 aylıq hesabatla bağlı iclasında Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqları ilə bağlı cəmiyyətimizə bəlli olmayan məqamlar üzərində dayanaraq, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan amilləri açıqladı”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.

10 günün gəlininin dəhşətli sonu

11 Oktyabr 2016 16:06

Türkiyədə bıçaqlanma faktı qeydə alınıb. "Haberler" xəbər verir ki, 10 günün gəlini Zeynəb Aksoylar ata evində bıçaqlanıb. Qızın ailəsi səhər açılanda evdən onun qan içərisində olan cəsədini tapıb.