Gündəm

20 min nəfərin gediş-gəlişi asanlaşacaq

17 Oktyabr 2016 12:21

Sabirabad rayonunun Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi davam etdirilir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, 43 km uzunluğunda və əvvəllər torpaq-çınqıl örtüklü olan yola hazırda 2 qat olmaqla asfalt-beton örtük döşənir. Layihə çərçivəsində avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr təşkil edir. Yolun ümumi eni ( yol yatağı ) 10 metrdir.

Ermənilər 10 dəfə atəşkəs rejimini pozub

17 Oktyabr 2016 12:19

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Göyarx kəndi yaxınlığında, Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Mosul müşkülü yaranıb: şəhər yeni savaşa SƏBƏB OLA BİLƏR

17 Oktyabr 2016 12:17

İraqın ikinci böyük şəhəri olan Mosulun İŞİD terrorçularından azad edilməsi ilə bağlı əməliyyat bu gün səhər saatlarında başlanıb.

Aygün: "Rəqsanə kimilər hamımızı yerə vurdu"

17 Oktyabr 2016 12:15

Xalq artisti Aygün Kazımova ATV-də yayımlanan "10-dan sonra" verilişində əməkdar artist Elza Seyidcahan və müğənni Şəhla Həmidova arasında yaşanan qalmaqala münasibət bildirib.

96 illik blokadanın nəticələri

17 Oktyabr 2016 12:13

Naxçıvan Muxtar Respublikasının materik Azərbaycanla əlaqəsi, əsasən, hava nəqliyyatı vasitəsilə gerçəkləşdirilir. Stabil olaraq gün ərzində 4 təyyarə reysi həyata keçirilir, xüsusi təqvimlərdə sərnişin sıxlığı yarananda reyslərin sayı 6-ya çatdırılır. Avtobus marşrutlarının sayı da çox deyil: gün ərzində 3-4 reys. İran ərazisindən gerçəkləşdirilən quru nəqliyyatı vaxt itkisi yaratdığından, əhali hava nəqliyyatını üstün tutur və beləliklə, təbii sıxlıq yaranır.

Elmira Süleymanova: "Müstəqilliyimiz təhlükə altına düşmüşdü"

17 Oktyabr 2016 12:10

Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günüdür. Dövlət müstəqilliyinin yenidən bərpasından ötən dövr müstəqil Azərbaycanın ictimai-siyasi, hüquqi, sosial-iqtisadi və mədəni inkişafı tarixində mürəkkəb və şərəfli mərhələ olmuşdur.

ABŞ Azərbaycanın qonşuluğunda hərbi baza hazırlığına başladı

17 Oktyabr 2016 12:08

Pentaqon Gürcüstan ərazisində hərbi iştirakını genişləndirməyi planlaşdırır və bu məqsədlə tender elan edib.

Mosul əməliyyatı: ABŞ və Fransadan İŞİD-ə hava zərbələri

17 Oktyabr 2016 12:07

2014-cü ildən bəri İŞİD terror təşkilatının nəzarətində olan Mosulun azad edilməsi üçün əməliyyatlar davam edir.

Çində baş verən iki partlayış nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb

17 Oktyabr 2016 12:00

Çinin Yunyan əyalətində yerləşən tikililərin birində baş verən partlayışlar nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.

Nazirlik: Çaylarda daşqın olub

17 Oktyabr 2016 11:58

Ötən günlər ərzində yağan leysan xarakterli yağışlar nəticəsində respublikanın çaylarında suyun səviyyəsində artım müşahidə olunub, oktyabrın 16-da Pirsaatçay və Ağsuçay çayından qısamüddətli daşqın keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-300, Kiçik Qafqazın çaylarında 110-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 170-300 faizini təşkil edir.

26 rayonda müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək

17 Oktyabr 2016 11:56

Cari ilin noyabr-dekabr aylarında ölkənin 26 rayon və şəhərində dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Yağışlar sürüşmə zonalarında vəziyyəti kəskinləşdirib

17 Oktyabr 2016 11:36

Son zamanlar yağan yağışlar cənub-şərq, xüsusilə şərq rayonlarındakı sürüşmə zonalarında vəziyyəti xeyli kəskinləşdirib. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrfaiya İnstitutunun direktor müavini Elbrus Əlizadə APA-ya deyib ki, sürüşmə zonalarında gözəçarpan fəallıq müşahidə olunur və sürüşmə fəal inkişafdadır.

Azərbaycan ərazisində faktiki hava açıqlanıb

17 Oktyabr 2016 11:35

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamenti Azərbaycanda oktyabrın 16-sı gündüzdən 17-si səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı açıqlama yayıb.

Leysan yağışlar nəticəsində bəzi kəndlərin ərazisini su basıb

17 Oktyabr 2016 11:34

Son vaxtlar ölkə ərazisində yağan yağışlar nəticəsində bəzi kəndlərin ərazisini su basıb.

“Hraparak” : “Ermənistanda nazir olmaq sərf etmir”

17 Oktyabr 2016 11:29

“Nə qədər parodoksal görünməsə də, artıq Ermənistanda nazir vəzifəsi “xoş və səmərəli” qəbul olunmur”. SİA xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” yazır. Nəşrdə qeyd olunur ki, heç kim bir qəpik qazanmayaraq ağır yükün altına girib, kamikadze olmaq istəmir. “Hətta elə hallar olub ki, verilən təkliflərdən imtina belə edilib”-deyə yazan “Hraparak” əlavə edir ki, artıq bir neçə dəfə bənzər hallar yaşanıb: “Məsələn,  digər nazirliklərlə yanaşı, kənd təsərrüfatı naziri postu üçün bir neçə nəfərə təklif göndərilib, lakin təklif alanlar nazir olmaqdan imtina ediblər.Sonda Arakelyan məcburən nazir olmağa razılıq verib”.