20 min nəfərin gediş-gəlişi asanlaşacaq

Sabirabad rayonunun Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi davam etdirilir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, 43 km uzunluğunda və əvvəllər torpaq-çınqıl örtüklü olan yola hazırda 2 qat olmaqla asfalt-beton örtük döşənir. Layihə çərçivəsində avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr təşkil edir. Yolun ümumi eni ( yol yatağı ) 10 metrdir.

Sabirabad rayonunun Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi davam etdirilir. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, 43 km uzunluğunda və əvvəllər torpaq-çınqıl örtüklü olan yola hazırda 2 qat olmaqla asfalt-beton örtük döşənir. Layihə çərçivəsində avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr təşkil edir. Yolun ümumi eni ( yol yatağı ) 10 metrdir. Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun 19 km-lik hissəsində artıq tikinti işləri tam olaraq yekunlaşdırılıb. Hazırda yolun 10 km-lik hissəsində yenidənqurma işləri aparılır. Ümumilikdə 43 km-lik yolun 258 min m2 sahəsinin asfaltla örtülməsi nəzərdə tutulub. Tikinti işləri çərçivəsində yol boyu 5 ədəd avtomobil körpüsü təmir edilir, 35 ədəd su keçidi və su borusunun tikintisi işləri də aparılır. İşlər bitdikdən sonra yol boyu zəruri olan yerlərdə avtobus dayanacaqlarının qoyulması və yol nişanlarının quraşdırılması, həmçinin yolun xətlənməsi işləri aparılacaq.

Qeyd edək ki, avtomobil yolu 20 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirməklə kənd təsərrüfatının inişafına, yük və sərnişin daşımasının asanlaşmasına gətirib çıxaracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31