Gündəm
Ermənilər ağır texnikaya əl atdı
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 45 dəfə pozub.
Zakir Həsənov hərbi aviasiya bazasında olub
Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yoxlanılması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi aviasiya bazalarından birində olub.
ETSN Xəzərin sahilində ekoloji pozuntu qeydə alınan əraziləri açıqlayıb
Bakı şəhərinin Qaradağ və Səbail rayonlarının sahil zolağında ətraf mühitin mühafizəsi üzrə keçirilmiş monitorinq zamanı bir sıra ekoloji pozuntu halları qeydə alınıb.
Dünyada 300 milyon uşaq çirklənmiş hava ilə nəfəs alır
Dünyada təqribən 300 milyon uşaq (Hər yeddi uşaqdan biri) havanın çirklənmə səviyyəsinin son dərəcə yüksək olduğu regionlarda yaşayır.
ABŞ vətəndaşları 200 il müddətinə həbs edilə bilərlər
ABŞ-ın erməni əsilli iki vətəndaşı Zavik Zarkaryan və Vaçe Nairyan 100 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.
Sabahdan analoq yayımı dayandırılacaq
Sabahdan - noyabrın 1-dən Bakı və Abşeron yarımadasında televiziya kanallarının analoq yayımı dayandırılacaq.
ABŞ-da sürücü 22 nəfəri yaralayıb
ABŞ-da "NASCAR" avtomobil yürüşü başa çatdıqdan sonra tamaşaçı öz şəxsi minik maşını ilə 22 nəfərə xəsarət yetirib.
İki naməlum şəxs məktəbdə atəş açıb
Pakistanın şimal-şərqində yerləşən Pəncab vilayətində iki naməlum silahlı şəxs özəl məktəblərdən birinə daxil olaraq təhlükəsizlik işçilərinə atəş açıblar.
Aktyor Vladimir Zeldin 101 yaşında vəfat edib
Məşhur rusiyalı aktyor Vladimir Zeldin ömrünün 102-ci ilində Moskvada vəfat edib. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə N.V.Sklifosovski adına Təcili Yardım Elmi-Araşdırmalar İnstitutundan bildiriblər.
Azərbaycandan ekstradisiya olunmuş mafiya başçısı Ankarada tutulub
Türkiyədə 10 ildir, axtarışda olan mütəşəkkil cinayətkar dəstənin başçılarından biri Ankarada yaxalanıb.
Məşhur aktrisa qocalıb bu hala düşdü
Bir zamanlar gözəlliyi ilə heyran edən aktrisa Bruk Şields yeni görüntüsü ilə təəccübləndirib.
Təsviri hərəkət edən obyektin səthinə proyeksiya etməyə imkan verən texnologiya hazırlanıb
Proyektorun təsviri təhrifsiz əks etdirməsi üçün təsvir düz və ya hamar səthə proyeksiya edilməlidir, əks halda şəkil öz formasını dəyişəcək və bu, hər kəsə bəllidir. Amma Tokio Universitetinin İşikava Vatanabe laboratoriyasından olan alimlər qrupu tərəfindən yaradılmış texnologiya təsvirin deformasiyasını tamamilə kompensasiya etmək qabiliyyətinə malikdir.
Yeni “MacBook Pro” noutbukları təqdim edilib
Oktyabrın 27-də “Apple” şirkəti ikinci payız təqdimatını keçirərək yenilənmiş “MacBook Pro” noutbuklarını ictimaiyyətə təqdim edib.
Avstriyada maqnitlərin “3D” çap texnologiyası hazırlanıb
Hazırda maqnitlərin əksəriyyəti təzyiq altında tökmə metodu ilə hazırlanır. Bu texnologiya, məsələn, elmi-tədqiqat layihələrinin reallaşdırılması üçün müəyyən formalı maqnitlərin hazırlanması ilə əlaqədar bəzi məhdudiyyətlərə malikdir.
Yuxuda bu meyvəni çürümüş halda görsəniz - evdən çıxmayın
ATV.az Türkiyə mediasına istinadən sizə yuxu yozması ilə bağlı maraqlı məlumatı təqdim edir:














