Aktyor Vladimir Zeldin 101 yaşında vəfat edib
Məşhur rusiyalı aktyor Vladimir Zeldin ömrünün 102-ci ilində Moskvada vəfat edib. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə N.V.Sklifosovski adına Təcili Yardım Elmi-Araşdırmalar İnstitutundan bildiriblər.
31 Oktyabr 2016 11:09 DünyaMəşhur rusiyalı aktyor Vladimir Zeldin ömrünün 102-ci ilində Moskvada vəfat edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə N.V.Sklifosovski adına Təcili Yardım Elmi-Araşdırmalar İnstitutundan bildiriblər.
Aktyor bu gün yerli vaxtla səhət saat 09:00-da keçinib.
Qeyd edək ki, aktyor daha əvvəl ağır vəziyyətdə Moskvadakı klinikaların birinə yerləşdirilmişdi. Həyat yoldaşı isə V.Zeldinin 3 həftə hərbi hospitalda müayinə və müalicə olunduğunu söyləmişdi.
Bu il aktyorun 101 yaşı tamam olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31