Gündəm
Atəşkəs pozuldu 17 dəfə
NATO-nun hərbi bazası raketlə vurulub Ölənlər var
Süd dişlərini atmayın
Araşdırmalara görə diqqətli valideynlər uşaqlarının süd dişlərini atmamalıdılar. Təəccüblü görünsə də saxlanılan süd dişlərinin köməyi ilə övladlarınızın həyatını xilas edə bilərsiniz. Belə ki, kök hüceyrə araşdırmalarına əsasən bədənin illərlə ölü olan hissəsini yenidən canlandırmaq mümkündü. Mütəxəssislərin 2003 – cü ildəki araşdırmaları son günlərdə tibdə yenidən müzakirə mövzusu olub. Onların fikrincə, süd dişləri zəngin kök – hüceyrə qaynağına malikdi. Əgər, yeni hüceyrələrə ehtiyac olarsa süd dişlərindən rahatlıqla istifadə oluna bilər.
Doğru bildiyimiz yanlışlar
Heyvanlar haqqında doğru bildiklərinizin yanlış olduğundan xəbəriniz var? O zaman aşağıdakı qeydləri diqqətlə oxuyun.
Uşaqları öpərkən diqqqətli olun!
Türkiyəli məşhur pediatr Dr. Adem Günəş valideyinləri körpələrini öpərkən diqqətli olmağa səsləyib. Belə ki, valideyinlər övladlarını istədikləri kimi öpə biləcəkləcəklərini düşünürlər. Amma uşaqların bəzi bədən hissələrinin öpülməməli olduğunu bilmirlər. Həkimlər valideynlərə uşaqların bəzi öpülməməli hissələrindən öpərkən, onların şəxsiyyətlərinin formalaşmasına pis təsir göstərə biləcəklərini bildirirlər. Məsələn, uşaqların ayaqlarından öpmək olmaz.
Obyekt və materialların tanınması texnologiyası yaradılıb
Şotlandiyada Sent-Endryus Universitetinin alimləri tərəfindən hazırlanmış inqilabi texnologiya obyekt və materialları tanımaq qabiliyyətinə malikdir. Bu həll “RadarCat” adlı qurğuda reallaşdırılıb və qurğu kiçik radar datçikinin köməyi ilə, demək olar, bütün əşyaları tanıyır. Bu texnologiya bir çox potensial tətbiq imkanına malikdir, o cümlədən gözdən əlillər sözügedən texnologiyanın köməyi ilə ətrafda hansı əşyaların olduğunu müəyyənləşdirə biləcəklər.
Qripdən qorunmağın TƏBİİ YOLLARI
Havanın soyuması ilə qripə yoluxmaq halları da artır. Günlərlə keçməyən və bütün bədənə təsir edən qrip epidemiyalarında ən çox rast gəlinəni isə quru öskürək, boğazda quruluq və yanma, bəzi hallarda qızdırma və tez-tez asqırma hallarıdır. Aile.lent.az qripdən qorunmaq üçün məsləhətlər təqdim edir.
Günorta yeməyindən sonra yuxunuz gəlirsə, belə edin - SADƏ ÜSUL
Xüsusən günorta yeməyini yedikdən sonra adam özünü yorğun hiss edir, yuxusu gəlir, yatmaq istəyir. Bu yorğunluqdan C vitamin deposu olan limonla qurtula bilərik. Bildiyiniz kimi, limon tərkibindəki bol C vitamini sayəsində xüsusə qrip və soyuqdəymə hallarında çox təsirlidir.
Polis Kənan Doğulu və Beren Saatı saxladı
Müğənni Kənan Doğulu və aktrisa həyat yoldaşı Beren Saat yol polisi tərəfindən saxlanılıb.
Türkan Şoray Bakıya gəlir
Türkiyəli aktrisa Türkan Şoray Bakıya gələcək. Olaylar.az axşam.az-a istinadən bildirir ki, bu haqda Bakı Yunus Emre İnstitutu xəbər yayıb.
57 minlik ayaqqabının sahibi bəlli oldu
İstanbulda keçirilən ayaqqabı sərgisində 57 min türk lirəsi qiymətində (təxminən 30000 AZN) satılan ayaqqabının kim tərəfindən alındığı bəlli olub.
Yeni qurğu gözdən əlillərə kağız kitabları oxumağa imkan verəcək
Amerikalı alimlər tərəfindən hazırlanmış daşınan qurğu gözdən əlillərə kağız kitabları oxumağa imkan verir. Tədqiqatın nəticələri “ACM Transactions on Accessible Computing” jurnalında dərc edilib.
Alimlər işığın təsiri ilə hərəkət edən robot yaradıblar
Amerikalı, koreyalı və başqa ölkələrdən olan alimlər tərəfindən yaradılmış kiçikölçülü robotlar işığın təsiri ilə hərəkət etmək qabiliyyətinə malikdirlər. Pitsburq və İnxa universitetlərinin mütəxəssisləri Hərbi Hava Qüvvələri laboratoriyasının əməkdaşları ilə birgə polimer maddələrdən ibarət robotların yaradılması üzərində çalışıblar.
Yeni virus 1 milyondan çox “Android” smartfonunu təhdid edir
"Android" mobil əməliyyat sistemi ilə işləyən 1 milyondan çox smartfon "Google Play" internet mağazasında yayılmış "Android.MulDrop.924" troyanına yoluxub. "Doktor Veb" şirkətinin analitiklərinin məlumatına görə, zərərli proqram təminatı istifadəçidən xəbərsiz tətbiqlər yükləyir, onları quraşdırmağı təklif edir, zəhlətökən reklam göstərir.
“YouTube” üçün virtual reallıq əlavəsi təqdim edilib
"Google" şirkəti istifadəçilərin "YouTube" servisinə bütün qurğulardan daxil olmalarına imkan yaradılması üçün əlindən gələni edir. Kompüterlərdə videoya brauzerlə baxmaq mümkündür, smartfon, planşet, "Android TV" sistemli qurğular və "ağıllı" televizorlar üçün ayrı-ayrı əlavələr mövcuddur. Bu dəfə isə şirkət "YouTube"a yeni "YouTube VR" servisi ilə virtual reallıqda baxmaq imkanı yaradıb. "YouTube"un mobil versiyasında əvvəllər stereoskopik təsvir rejimini qoşmaq mümkün olsa da, başqa videonun seçilməsi üçün qarniturun başdan soyundurulması, smartfonun çıxarılması və lazımi çarxın axtarılması tələb olunurdu. "YouTube VR" əlavəsində interfeys bütünlüklə virtual reallıqda idarəetməyə adaptasiya edilib.














