Doğru bildiyimiz yanlışlar
Heyvanlar haqqında doğru bildiklərinizin yanlış olduğundan xəbəriniz var? O zaman aşağıdakı qeydləri diqqətlə oxuyun.
12 Noyabr 2016 06:30 SosialHeyvanlar haqqında doğru bildiklərinizin yanlış olduğundan xəbəriniz var? O zaman aşağıdakı qeydləri diqqətlə oxuyun.
Yanlış: İtlər hər bir şeyi ağ - qara görürlər.
Doğru: İtlər digər rəngləri də görürlər. Amma insanlar qədər dəqiq seçə bilmirlər.
Yanlış: Buğalar qırmızı rəngi sevmirlər.
Doğru: Buğaların hücum səbəbi onlara qarşı edilən aqressif hərəkətdir. Qırmızı rəngin hec bir " günahı" yoxdu.
Yanlış: Dəvəquşları qorxanda başlarını quma basdırırlar.
Doğru: Dəvəquşları qorxanda sürətlə qaçır.
Yanlış: Qurbağaya toxunanda əldə ziyillər yaranır.
Doğru: Qurbağaya toxunmaqla əldə ziyil yaranmır..
Yanlış: Buqələmunlar olduqları yerə görə rənglərini dəyişirlər.
Doğru: Buqələmunlar yalnız ruh hallarına görə rənglərini dəyişirlər.
Yanlış: Fillər çox səsli yeriyirlər..
Doğru: Fillər hərəkət edərkən çox səs çıxarmırlar.
Yanlış: Köstəbəklərin gözləri görmür.
Doğru: Köstəbəklərin, zəif də olsa görmə qabiliyyətləri var.
Yanlış: Siçanlar pendir yeməyi çox sevirlər.
Doğru: Pendir siçanların sevimli yeyəcəyi deyil.
Yanlış: Balıqlar səs çıxaramazlar.
Doğru:Balıqların cıxardıqları səslər özlərinə məxsusdu..
Yanlış: Ayılar ve digər heyvanlar qışda üşüdükləri üçün qış yuxusuna "gedirlər"
Doğru: Qış yuxusunda uyuyan heyvanlar üşüdüklərinə görə yox, qış tədarükü olmadıqlarına görə yatırlar.
Olaylar.az