Gündəm
Deputatlarımız Maliyə səfər edəcəklər
Yanvarın 27-28-də Mali Respublikasının paytaxtı Bamako şəhərində İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏTPİ) Konfransının 12-ci sessiyası keçiriləcək. Tədbirdə Milli Məclisin bu qurumdakı nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva və deputat Mirkazım Kazımov iştirak edəcəklər.
Ermənistan Bakı-Tiflis-Qars layihəsinə qoşulmaq üçün danışıqlar aparır...
“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib”
Şəmkir rayonundakı Seyfəli kənd tam orta məktəbində direktor və laborant arasındakı pornoqrafiya qalmaqalı səngiməmiş daha bir xəbər Cəlilabaddakı Göytəpə şəhər 1 saylı tam orta məktəbindən gəldi. Məktəbin müəlliməsi Etiraf Vəliyeva “Azadlıq” radiosuna müraciət edərək məktəbin isidilməsi üçün odun çatmadığını, şagirdlərdən odun və digər bəhanələrlə pul yığıldığını, bu təhsil müəssisəsində antisanitariyanın hökm sürdüyünü bildirərək direktor əvəzi Natavan Şıxovanı ittiham etdi.
Natiq Kərimovun məhkəməsi qapalı keçirildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə Nardaran hadisələri ilə bağlı dövlətə xəyanətdə təqsirli bilinən Nardaran qəsəbə sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmənin hazırlıq iclası qapalı keçirilib, təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmə baxışı fevralın 2-nə təyin edilib.
Xəzərin hüquqi statusuna dair işçi qrupunun Bakı görüşünün vaxtı məlum olub
Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun görüşü yanvarın 25-də Bakıda keçiriləcək. Görüşdə işçi qrupunun Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan üzrə rəhbərləri iştirak edəcək.
Təhsil Nazirliyi bəzi dövlət universitetlərinin bağlanacağı barədə məlumatlara münasibət bildirib
Təhsil Nazirliyi bəzi dövlət universitetlərinin bağlanacağı və birləşdiriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov cavab olaraq deyib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.
"Sarkisyanın bəyanatları Azərbaycanın mövqeyinə təsir etmir və etməyəcək"
“Serj Sarkisyanın səsləndirdiyi bəyanatlar mənasız və yalnız daxili auditoriyaya hesablanıb. Bu bəyanatlar Azərbaycanın mövqeyinə heç zaman təsir etməyib və etməyəcək də”. Bunu politoloq İlqar Vəlizadə deyib.
Xəstələri ilə intim münasibətdə olan həkim şantaj olunur
Türkiyədə şəxsi noutbukuna intim videolarını yükləyən həkim proqramçılar tərəfindən şantaj olunub. Bursadakı özəl xəstəxanaların birində həkim işləyən H.T. xəstəxanada bir neçə qadınla onların istəyi ilə intim münasibətdə olub. O, həmin anları kameraya çəkərək noutbukunda saxlayıb. Noutbuku xarab olan H.T onu təmir etmək üçün proqramçıdan yardım istəyib. Kompüteri təmir edən proqramçılar videonu görüb, həkimi şantaj eləmək qərarına gəliblər. Həkim təmirçiləri məhkəməyə verib. Onlara 3 aylıq həbs cəzası verilib. Bu barədə Milli.az "Haberler"ə istinadla xəbər verir.
Uşaqların psixi sağlamlığı diqqət altındadı
Son illər psixi sağlamlıq sahəsinin inkişafına, xüsusilə də uşaq psixi sağlamlığına geniş qayğı və diqqət ayrılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bu sahəyə aidiyyəti qurumlan cəlb etməklə adıçəkilən sahədə bir çox əhəmiyyətli işlər həyata keçirmiş, nailiyyətlər əldə etmişdi.
“Qətl edilmiş uşaqlar” - 29 uşaq Ermənistan hərbçiləri tərəfindən girov götürülüb
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda, Əsir və itkin düşmüş, girov götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə çap olunan “Qətl edilmiş uşaqlar” kitabının təqdimat mərasimi keçirilib.
Filmlərimizin Dəkkə Beynəlxalq Film Festivalında nümayişi
“Dərs” və “Qırmızı bağ” bədii filmləri 15-ci Dəkkə Beynəlxalq Film Festivalında nümayiş olunub. Festival 12-20 yanvar tarixlərində Banqladeşin paytaxtı Dəkkə şəhərində keçirilib.
“Parlamentə daxil olan sənədlərin müzakirəsinə şərait yaratmaq borcumuzdur”
Millət vəkili Rarael Cəbrayılov tərəfindən hazırlanan "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu parlamentin payız sessiyasının qanunvericilik iş planına salınsa da sənədin müzakirəsi baş tutmadı. Məlumata görə, sözügedın qanun layihəsi Milli Məclisin 2017-ci ilin yaz sessiyasının iş planına daxil edilib.
Elçin Hüseynbəyli yazır...Olmuş əhvalatlar seriyasından…
Osmanlılar demiş, olmazmı olur. Olur belə şeylər, olur, dostlar. İnanmırsınız? Onda baməzə dostuma qulaq asın:
Rəsmi Bakı ATƏT-i mandatından yayınmaqda ittiham etdi
“Sülh Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü bərpa etməlidir. ATƏT-in Minsk Qrupu və həmsədrlərin BMT Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilmiş çərçivədən yayınmaları onlara həvalə edilmiş mandatı pozur və bu, münaqişənin həlli prosesinə ciddi təsir göstərə bilər”.
Astana görüşü Suriyaya sülh gətirəcəkmi?
Bu günlər dünyanın əsas diqqəti Orta Asiyaya, daha doğrusu regionun ən önəmli respublikalarından biri sayılan Qazaxıstana yönəlib. Səbəb Qazaxıstanın paytaxtı Astana şəhərinin Suriya probleminin həlli məqsədilə keçirilən mühüm əhəmiyyətli tədbirə evsahibliyi etməsidir. Əsasən Rusiya Federasiyası və Türkiyənin, eyni zamanda Suriyanın mövcud legitim hakimiyyətinin yüksək rütbəli rəsmilərinin qatılacağı Suriya toplantısına böyük ümidlər bəslənir. Təkcə rusiyalı və turkiyəli, eləcə də suriyalı ekspertlər deyil, eyni zamanda dünyanın tanınmış araşdırmaçı və politoloqları da hesab edirlər ki, Astana görüşü zamanı Suriya probleminin həlli istiqamətində mühüm addım atıla bilər. Ancaq Astana görüşünün bir qədər məhdud çərçivədə keçirilməsi Suriya probleminin heç də Qazaxıstanda həll olunacağına ümidlər vermir. Bunun isə bir neçə səbəbi var. Əsas səbəblərdən biri Qərbin Astana görüşünə isti baxmamasıdır. Çünki Qərb indiki halda Suriya probleminin Rusiya və Türkiyənin əli ilə həll olunmasında maraqlı deyil. Əksinə Qərb bir qədər də Suriyada döyüşlərin geniş bir coğrafiyanı əhatə etməsi, daha çox insan tələfatının qeydə alımasında maraqlıdır. Bir sözlə, Qərb Suriya probleminin Rusiya və Türkiyənin birgə təşəbbüsü ilə həllini qətiyyən istəmir. Çünki Ankara və Moskvanın səyləri nəticəsində Rusiya Suriyada sabitliyə nail lsa, o halda Qərbin Suriya ilə bağlı bütün planları alt-üst olacaq və tədricən o, Yaxın Şərqdən sıxışdırılıb çıxarılacaq. Əvəzində isə Rusiya və Türkiyənin Yaxın Şərqdə mövqeləri daha da möhkəmlənmiş olacaq.














