Gündəm
Əhalinin sosial rihaf halının yaxşılaşdırılmasına yönəlik addım
Dünyada hökm sürən maliyyə və iqtisadi böhran fonunda əksər inkişaf etmiş ölkələr iş yerlərinin bağlanması, pensiya və müavinətlərin ləğv olunması istiqamətində çalışdığı halda, Azərbaycan hökuməti bunun əksi olaraq yeni-yeni iş yerlərinin yaradılması, əmək haqqı və pensiyaların, müavinətlərin artırılması istiqamətində təqdirəlayiq addımlar atır.
19 yaşlı Nur bu məktubu yazıb evdən getdi
Yarım illik tətili üçün Türkiyədə İzmirdən Kocaelinə getməsi gözlənilən 19 yaşlı tələbə Tuğba Nur U. yoxa çıxıb. Ondan xəbər ala bilməyən qızın ailəsi polisə müraciət edib. Tuğba Nur U.-nun otağında aparılan axtarışlarda qıza aid "Məni axtarmayın, mən artıq Tuğba deyiləm" yazılmış bir məktub tapılıb.
Brüsseldə etiraz aksiyası - Bu dəfə süd istehsalçıları
Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrindən olan süd istehsalçıları etiraz aksiyası keçirir. Aksiya Aİ-nin südçülük sahəsində həyata keçirdiyi siyasətə qarşı keçirilir. Hazırda Brüsseldə Aİ kənd təsərrüfatı nazirlərinin iclası keçirilir. Aksiyada iştirak edən süd istehsalçıları iclasın keçirildiyi binanın yaxınlığına traktorlar gətirib. Süd istehsalçılarının fikrincə, Avropa ölkələrinin həyata keçirilən siyasət südün qiymətinin kəskin ucuzlaşmasına səbəb olur. Trend.az
Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək
Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Bunu yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N" hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevhərbçilərlə görüşündə deyib. Dövlətimizin başçısı qeyd edib ki, münaqişənin həlli çox sadədir: "Birinci, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
Vengerə ağır cəza verilə bilər
"Arsenal"ın baş məşqçisi Arsen Venger ağır cəza verilə bilər. İngiltərə Premyer Liqasının 22-ci turunda "Bernli" ilə oyunun 90+3-cü dəqiqəsində fransalı mütəxəssis futbolçusu Qranit Xakaya qırmızı vərəqə verilməsinə və qapılarına penalti təyin edilməsinə sərt şəkildə etiraz edib. Bundan sonra görüşün baş hakimi Con Moss Vengeri tribunaya göndərib.
Dünya da bilir ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır
Bu gün dünya da bilir ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N" hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevhərbçilərlə görüşündə deyib.
Tanınmış astroloqdan 2017-ci il üçün maraqlı proqnozlar: "Ölkədə təxribatlar ola bilər"
Tanınmış azərbaycanlı astroloq, "Qoroskop" qəzetinin baş redaktoru Səbuhi Rəhimli 2017-ci ilə dair astroloji proqnozlarını açıqlayıb.
“Ətrafımız od tutub yanır”
“Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə minimum aylıq əməkhaqqının və əmək pensiyalarının sığorta hissəsinin artırılması çox mühüm və çox əhəmiyyətli addımdır. Bu da əslində səbəbsiz deyil, çünki dövlət başçısının rəhbərliyi ilə ölkədə həyata keçirilən siyasət sosialyönümlüdür və bu siyasətin də mərkəzində heç şübhəsiz Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır”.
Məhkəməyə gətirilmə şəraiti çaşqınlıq yaratdı
15 iyul gecəsi Türkiyədə hərbi çevriliş etməkdə günahlandırılan əsgərlərdən Yunanıstana qaçan 8 nəfər əsgər bu gün məhkəməyə çıxarıldı. İctimaiyyət məhkəməyə çıxarılanlar haqqında sərt cəzaların tətbiqini gözləyirdi. Lakin, onların məhkəməyə gətirilmə şəraiti hər kəsdə təəccüb doğurub. Belə ki, Yunanıstanda həbs olunaraq, Türkiyəyə ekstradisiya olunan keçmiş hərbiçilər məhkəməyə qandalsız gətiriliblər. Onların kostyum və qandalsız olmaları ətrafda şübhəli fikirlər yaradıb.
Aptekdə psixotrap tərkibli dərman satan satıcılar tutulublar
Sumqayıtda aptekdə psixotrop maddələr satan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki apteklərdən birində satıcı işləyən Şirxan Əliyev və Rəcəb Qasımov satışına məhdudiyyət qoyulmuş psixotrop dərmanların satışı ilə məşğul olduqlarına görə saxlanılıblar. Aptekə baxış zamanı 7030 ədəd “Tramadol”, 250 ədəd “Tropi” və 275 ədəd “Paden” psixotrop dərmanlar aşkar edilərək götürülüb.
Pulla dolu seyfi oğurlayan dəstə ifşa olunub
Bakıda mənzildən pulla dolu seyf oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də rayon ərazisindəki evlərdən birindən içərisində 40 000 ABŞ dolları və 30 000 avro pul olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Aslan Mikayılov, Royal Kərimli və Abşeron rayon sakini Sadiq Heybətov tutulublar.
Qadınları Türkiyəyə aparan saxlanıb
Gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoymuş Bakı şəhər sakini S.Xudaverdiyeva saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Samirə Xudaverdiyevanın gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması müəyyən edilib və o, saxlanılıb.
24 yanvarda gözlənilən hava
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında yanvarın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.
Siyəzən sakini dəm qazından zəhərlənib
Siyəzən rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib. Məlumata görə, rayon sakini, 1983-cü il təvəllüdlü Dadaşova Tacirə Şakir qızı dəm qazı zəhərlənməsi ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra o, evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
Türkmənistanda “Sibir virusu” yayılıb
Türkmənistanın Aşqabad və digər şəhərlərində fəaliyyət göstərən şəxsi təsərrüfatlar satışa ucuz quş əti çıxarıblar.














