Gündəm

Silahlar, tanklar və toplar qadınların qarşısında gücsüzdür

23 Yanvar 2017 14:20

“CNN televiziyası 4 yerə bölünmüş ekranla Amerikanın müxtəlif şəhərlərinda baş qaldıran antitramp aksiyalarından reportajlar verir. Bütün seçki kampaniyası dövründə Klintonun zərbəçi qüvvəsi kimi arxalandığı zərif cinsin böyük ordusu paytaxt Vaşinqton daxil olmaqla, siyasi üsyanın ön cəbhəsinə çıxarılıb”.

Gözün buynuz qişasının toxumalarının Azərbaycana gətirilməsi niyə yasaqlanıb?

23 Yanvar 2017 14:18

Hazırda dünya ölkələrində orqan tarnsplantasiyası əməliyyatları geniş yayılsa da Azərbaycanda bu cahədə müəyyən çatışmaqlıqlar mövcuddur. Baxmayaraq ki, ölkədə kifayət qədər peşəkar həkim ordusu var, səhiyyə ocaqları ən müzsir tibbi avadanlıqlarla təchiz olunub, lakin qanunvericilikdıki boşluqlar sözügedən əməliyyatın reallaşmasına maneə olur.

Ana ölümləri niyə daha çox yanvar ayında olur?

23 Yanvar 2017 14:12

Azərbaycanda növbəti ana ölümü baş verib. Goranboy rayon sakini Elşanə Əhmədova Gəncədə yerləşən Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında dünyasını dəyişib. Doğuşayardım komissiyasının sədri, Perinatal mərkəzin sədri Sevinc Məmmədova azvision.az-a bildirib ki, qadında uşaqlıqdan kənar hamiləlik qeydə alınıb. "Bu diaqnozla ana xəstəxanaya müraciət edib, əməliyyat edilib. Görülən reanimasyon tədbirlərə baxmayaraq, ananın vəziyyəti ağır olduğundan dünyasını dəyişib. Ananın təkrar hamiləliyi olub". 

"Metsamor AES bütün region üçün böyük təhlükə mənbəyidir"

23 Yanvar 2017 14:06

Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasında (AES) qəza baş verib. Metsamor AES-in mütəxəssisi Aleksandr Hovakimyan Ermənistan hakimiyyətinin stansiyanın istismarını dayandırmayacağı təqdirdə malik olduğu bütün məlumatları dünya ictimaiyyətinə açıqlayacağını deyib.

Bu addımlar əhalinin sosial problemlərinin həllinə yönəlib

23 Yanvar 2017 14:04

"Ümumiyyətlə, Azərbaycan vətəndaşlarının sosial müdafiəsi cənab prezidentin hər zaman diqqət mərkəzində olmaqla yanaşı, qayğısı ilə əhatə olunub. Ölkə başçısı davamlı olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün addımlar atır. Bu addımlardan biri bir neçə gün öncə minimum əmək haqlarının, yaşayış minimumun  artırılması ilə bağlı oldu”. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev deyib.

Erməni iş adamının meyiti tapıldı

23 Yanvar 2017 13:59

Bu gün səhər saatlarında Ermənistanın paytaxtı İrəvanda 44 yaşlı iş adamının meyiti aşkarlanıb. Aparılan araşdırmalar nəticəsində meyiti tapılan şəxsin "Panorama" otelinin sahibi Tiqran Kalmukyanın olduğu bildirilib.  Hazırda Ermənistan polisi faktla bağlı araşdırmalar aparır. 

İctimai maarifləndirmə tədbirləri davam edir

23 Yanvar 2017 13:56

2016-cı ildə ictimai maarifləndirmə tədbirləri çərçivəsində Bakı şəhərinin 34 avtobus dayanacağında və 2 yeraltı piyada keçidində sosial xarakterli lövhələr yerləşdirilmiş və cari ildə də nümayişi davam etdirilir.

Litva mətbuatı 20 Yanvar faciəsindən yazıb

23 Yanvar 2017 13:55

20 yanvar 1990-cı ildə Azərbaycana qarşı edilmişhərbi təcavüzün 27-ci ildönümü ilə bağlı Litvanın 1909-cu ildən etibarənburaxılan nüfuzlu "Lietuvos Žinios" („Litva xəbərləri“) qəzetinin 20 yanvar 2017-ci il tarixli sayında „Bakı-Vilnüs: Azadlığa gedən yolda taleyüklüYanvar hadisələri“ adlı litvaca tarixi esse dərc olunub. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Mahir Həmzəyevin müəllifi olduğu essenin rus dilinə edilmiş tərcüməsi Baltik ölkələri, həmçinin, Polşa və Ukraynadaən böyük xəbər portalı olaraq müxtəlif dillərdə fəaliyyət göstərən DELFİ saytında da yerləşdirilib.

Avropa azərbaycanlıları 20 Yanvar faciəsi ilə əlaqədar Avropa ictimaiyyətinə müraciət ünvanlayıb 

23 Yanvar 2017 13:53

Avropa Azərbaycanlıları Konqresinin 20 Yanvar faciəsi ilə bağlı Avropa parlamentinə, Almaniya əyalət parlamentlərinə müraciət ünvanlayıb. “OLAYLAR”-ın xəbərinə görə, müraciətdə Azərbaycan xalqının tarixinə “Qara Yanvar” kimi daxil olmuş hadisələr haqqında məlumat verilir və hər il faciə qurbanlarının Azərbaycanda və dünyada yaşayan azərbaycanlılar tərəfindən yad edildiyi bildirilir.

Yaşayış binasında yanğın olub

23 Yanvar 2017 13:51

İmişli şəhərində 6 mərtəbəli yaşayış binasında yanğın baş verib. “Olaylar” xəbər verir ki, nəticədə binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb. Yanğın zamanı iki nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Binəqədidə binanın yanmasında təqsirləndirilən şirkət rəhbəri: “İşlərimiz standartlara uyğun olub”

23 Yanvar 2017 13:51

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Əbülfəs Qarayev Sumqayıtda vətəndaşları qəbul edəcək

23 Yanvar 2017 13:50

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.

Azərbaycan İslam dünyasının inkişafına hər zaman öz dəstəyini verib

23 Yanvar 2017 13:49

“İslam dini multikultural dəyərlərlə zəngin olan bir dindir. İslamda irqi, dini ayrıseçkilik yoxdu, insana insani dəyərlərinə görə qiymət verilir. İslam dini tolerantlıq, həmrəylik, sevgi qardaşlıq, hər kəsə rifah arzulayan bir dindir. Bu baxımdan multikulturalizm ilindən sonra Azərbaycanda “İslam Həmrəyliyi ili”nin elan olunması çox düzgün addım idi və bu, Prezidentimizin apardığı siyasətin məntiqi davamıdır”. Bunu millət vəkili Məlahət İbrahimqızı deyib. O bildirib ki, ölkəmizdə əhalinin böyük əksəriyyəti müsəlmandır və mədəniyyətimizin əsas dayağı, əxlaqi, mənəvi dəyərlər də islamdan qaynaqlanır: “Xalqımız yarandığı gündən öz milli-mənəvi, əxlaqi  dəyərlərini formalaşdırıb. Lakin islam dininin qəbul olunması ilə Azərbaycanda milli-mənəvi dəyərlər daha da zənginləşib”. 

BQXK mövqeyini işğala dəstək istiqamətində dəyişir

23 Yanvar 2017 13:47

“Beynəlxalq Qırmızı Xaç Komitəsi neytral mövqeyini işğala dəstək istiqamətində dəyişir”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Daha bir QHT rəhbəri Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

23 Yanvar 2017 13:42

“Qafqazın Qovuşma Nöqtəsi” adlı qeyri-hökumət təşkilatının (QHT) rəhbəri Mişel İvor Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub. Mişel İvorun bununla bağlı yaydığı bəyanatda deyilir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edərək, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha qeyd edərək, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin, digər beynəlxalq  təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək, ATƏT-in Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq və bu fəaliyyəti dəstəkləyərək, erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürlərinin yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edərək, xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək,  təşkilat adından mən - Mişel İvor bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulmağımı təsdiq edirəm”.