Gündəm
“Azərbaycan xalçaları” jurnalının 21-ci sayı nəşr olunub
Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda sənətşünaslıq, tarix, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb.
“AtaBank”dan müştəriləri üçün yeni fürsət
"AtaBank” ASC-in MasterCard plastik kart sahibləri 31.03.2017-ci il tarixinədək Azərbaycanın aparıcı otellərində möhtəşəm güzəştlər əldə edə bilər. Bankdan “OLAYLAR”-a daxil olan məlumata görə, kampaniyada iştirak edərək Fairmont Baku, JW Marriott Absheron Baku, Boulevard Hotel Baku və İntourist otellərində25 % - dək endirimlər təqdim edilir. Əlavə olaraq, Qəbələdə yerləşən Chenot Palace sağlamlıq mərkəzində müalicə proseduralarına 20%, Tibbi Şöbənin xidmətlərinə isə 10% dəyərində endirimlərdə mövcuddur. Otellərin rəsmi internet saytında və ya qeydiyyat masasında AtaBank MasterCard plastik kartları ilə ödəniş edərək kart sahibləri təqdim edilən imtiyazlardan istifadə edə bilərlər.
Azərbaycan diasporu “Demokratiya yolları”adlı tədbirdə təmsil olunub
Almaniyanın Maqdeburq şəhərində yerli bələdiyyənin təşkilatçılığı ilə “Demokratiya yolları” şüarı ilə ənənəvi aksiya keçirilib.
"Bayer" braziliyalı futbolçuya görə rədd cavabı aldı
"Bayer Munix" braziliyalı yarımmüdafiəçi Vitinyonun xidmətlərində maraqlıdır. Mühen klubu futbolçuya görə "Palmeiras"a 5 milyon avro təklif etsə də, rədd cavabı alıb. Vitinyo "Bavariya"nın sabiq çalışdırıcısı Xosep Qvardiolanın da maraq dairəsində idi. Onun "Palmeiras"la müqaviləsi 2021-ci ilə kimi nəzərdə tutulub. Goal.az
Əks Kəşfiyyat Baş İdarəsinin vəzifəlilərinə də cinayət işi açıldı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin hazırda həbsdə olan generallarının cinayət əməllərinin araşdırılması zamanı yeni xüsusatlar ortaya çıxıb. Monitorinq Mərkəzinin sabiq rəisi, generalTeymur Quliyev, onun əməkdaşları Fərhad Atayev və Eşqin Əliyevin cinayət işi üzrə araşdırmalar zamanı ipin bir ucu da nazirliyin digər idarəsi, Əks Kəşfiyyat Baş İdarəsinə gedib çıxıb.
Rusiya ilk dəfə olaraq “işğal olunmuş ərazilər” terminini işlətdi
"Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatı Dağlıq Qarabağ tənzimlənməsində ermənilərin mövqeyinə ən ciddi zərbələrdən biridir. Sadəcə, ermənilər emosional ritorikaya söykənərək belə düşünürlər ki, guya Lavrov Azərbaycan jurnalistinin sualına sərt cavab verib və Azərbaycan jurnalistinin üstündən tankla keçib. Reallıqda isə ekspertlərindən fərqli olaraq rəsmi Yerevan Lavrovun bəyanatına qarşı etiraz edir". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Davos İqtisadi Forumunun nəticələri
“Davos İqtisadi Forumu xüsusilə də biznes subyektlərinin, o cümlədən iqtisadi siyasətin, idarə edənlərin, qərar qəbul edicilərin bir araya toplanması üçün mühüm formatlardan biri hesab olunur. Forumun qlobal səviyyədə şəkildə təşkil olunması, biznesin, hökumətlərin, eyni zamanda akademiyanın burada təmsil olunması, özü-özlüyündə dünyanın iqtisadi inkişafı baxımından və o cümlədən ayrı –ayrı regionların, xüsusilə də inkişaf etmiş ölkələrin, Azərbaycanın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir”. Bunu iqtisadçı-ekspert Rəşad Həsənovun forumun nəticələri haqqında danışarkən deyib.
Ermənilər heç zaman özlərinə güvənməyiblər
“Serj Sarkisyanın sərsəm fikirlərlə zəngin son çıxışı onun öz cəsarəti deyil. Son zamanlar Rusiyadan xeyli silah və diplomatik yardım aldıqdan sonra ermənilər fəallaşıblar. Bunlar onu göstərir ki, ermənilər heç zaman özlərinə güvənməyiblər. Onlar Rusiya şərait yaradan kimi, bu ölkəyə uyğun hərəkətlər ediblər”. Bunu politoloq Qabil Hüseynli deyib.
“Minabi - Kainat Naxışları”
8 fevraldan 11 fevrala kimi Azərbaycan respublikası mədəniyyət və turizm Nazirliyinin Muzey mərkəzinin Sərgi qalereyasında “Minabi – Kainat Naxışları” ilk fərdi sərgi keçiriləcəkdir və bu sərgidə gənc rəssam Milena Nəbiyevanın əsərləri təqdim olunacaq.
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-190, Kiçik Qafqazın çaylarında 180-230, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-80 faizini təşkil edir.
Tramp Dağlıq Qarabağ münaqişəsini həll etməklə Nobel sülh mükafatını ala bilər
ABŞ prezidenti Donald Tramp sazişlərin əldə olunması sahəsindəki ustalığından istifadə edərək, dünyanın ən çətin həll olunan münaqişələrindən olan Dağlıq Qarabağ münaqişəsinin həllinə görə, nüfuzlu Nobel sülh mükafatını ala bilər. Bu barədə ABŞ-ın “Caspian Group Holding” şirkətinin baş direktoru Rob Sobhaninin “Washington Times” qəzetində dərc olunan məqaləsində yer alıb.
Dünyanın gözlədiyi görüşə bir saat qaldı
Bu gün Qazaxıstanın Astana şəhərində Suriya üzrə danışıqlar keçiriləcək. Astana danışıqları 24 saat davam edəcək. Məlumatda qeyd olunur ki, görüş mətbuat üçün qapı olacaq, Astana görüşü yanvarın 23-də yerli vaxtla saat 13.00-da başlayacaq, yanvarın 24-də eyni saatda başa çatacaq. Görüş Astanadakı "Rixos Prezident" otelində keçiriləcək. Suriya müxalifətinin nümayəndələri və Suriya hökumətinin nümayəndə heyəti Astanaya gəlib.
Şuşada saxlanılan azərbaycanlı girovlarla görüş olacaq
Bu gün Kəlbəcər girovları ilə görüş keçirilə bilər. Bu barədə girov Dilqəm Əsgərovun qardaşı Sahib Musayev bildirib. "Bizdə olan məlumata görə, Beynəlxalq Qızıl Xaç Komistəsinin nümayəndələri bu gün girovlara baş çəkəcək, bizim məktublarımızı onlara çadırıcaqlar", - deyə girovun qardaşı deyib.
Londonda 100-ə yaxın reys təxirə salınıb - SƏBƏB?
Londonun Hitrou hava limanında güclü duman əlverişsiz görünmə dərəcəsi yaradıb.
Tehranda binanın dağılması nəticəsində xəsarət alanların sayı 200-ə yaxınlaşır
İranın paytaxtı Tehranda çoxmərtəbəli binanın dağılması nəticəsində xəsarət alanların sayı 200-ə yaxınlaşıb.














