“Minabi - Kainat Naxışları”

8 fevraldan 11 fevrala kimi Azərbaycan respublikası mədəniyyət və turizm Nazirliyinin Muzey mərkəzinin Sərgi qalereyasında “Minabi – Kainat Naxışları” ilk fərdi sərgi keçiriləcəkdir və bu sərgidə gənc rəssam Milena Nəbiyevanın əsərləri təqdim olunacaq. 

8 fevraldan 11 fevrala kimi Azərbaycan respublikası mədəniyyət və turizm Nazirliyinin Muzey mərkəzinin Sərgi qalereyasında "Minabi - Kainat Naxışları" ilk fərdi sərgi keçiriləcəkdir və bu sərgidə gənc rəssam Milena Nəbiyevanın əsərləri təqdim olunacaq. 
"Minabi - Kainat Naxışları" sərgisi müəllifi əhatə edən şəxsi təəssüratları təmsil edən parlaq palitradı. Bu, nəinki rəsm əsərlərində, eləcə də, mebeldə, qablar üzərindəki bəzək nümunələrində, parçada və aksessuarların yaradılmasında da təzahür edir. 
Bu cür müxtəlifliyi rəssamın bölüşmək istədiyi Dünyası yaradıb. Milena Nəbiyevanın rəsm əsərlərinin fərqli xüsusiyyəti rəsmin yaradılmasına onun qeyri-standart yanaşmasından ibarətdi. Ənənəvi akril və yağlı boyalardan savayı, o Swarovski daşlarından istifadə edir. Rəssamın söylədiyi kimi, o nəinki rəng baxımından boyalara böyük parlaqlıq vermək istəyir, eləcə də, onların qığılcımlarına büllur zolağın parıltısını da bəxş etmək niyyətindədir. Rəssamın əsərlərində boyaların uzlaşması - həyata qarşı sevginin qələbəsi, günəş rənglərinin parlaq təzahürü olub, müəllifin xarakterinə xasdı. 
Milena Nəbiyevanın sənəti yolu türk motivlərinə xas olan naxışlara qarşı marağın oyanmasından başlayıb. Məhz naxışlar rəssamın yaradıcılığının əsasını təşkil edir.

Sərginin ekspozisiyası elə qurulub ki, qonaqlar bədii işlərin seçimində təzahür edən ocağın istiliyi və rahatlığı ilə qarşılaşa bilsinlər.

Qeyd edək ki, sərginin Tədbirin təntənəli açılışı: 08 fevral 19:00, Dairəvi Zal . 9 - 11 fevralda isə saat 10:00-dan 18:00-dək 
Giriş dəvətnamə ilədi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31